Son dəqiqə
Fransa Rusiya sərhədi yaxınlığında döyüş təyyarələri yerləşdirib: NATO-nun gizli mesajı nədir?İsrail XİN: "Terror bizi dayandırmayacaq"6 saylı cəzaçəkmə müəssisəsində YANĞIN"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutubİtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTONamiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. İki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO
İki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO
Hadisə

İki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO

Bu gün
17:56
1 baxış
Paylaş:

Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.

Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.

Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, faciəvi şəkildə həlak olan gəncin yaxınları işin hərtərəfli araşdırılmadan məhkəməyə göndərildiyini düşünürlər.

Nə baş verib?

Ötən ilin avqustunda Təbriz Şəfiyevin idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (aeroport yolu) qəfil xarab olur. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən bir az sonra o, həyatını itirir.

Mərhumun anasını narazı salan məqamlardan birincisi qəzada iştirak edən sürücülərdən birinin məsuliyyətdən kənarda qalmasıdır. Hazırda mərhumun avtomobilinə çırpılan "Toyota Corolla"nın sürücüsü Mircəlil Əzizli mühakimə olunur. Araşdırma zamanı bilinib ki, onun sürücülük hüququ olmayıb, avtomobili sahibinin icazəsi olmadan idarə edib.

Bu əməlinə görə M.Əzizliyə Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib, lakin məhkəməyə qədər həbs edilməyib.

Hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Benz 230" markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimli isə zərərçəkmiş tərəfə tam aydın olmayan səbəbdən istintaqdan kənarda qalıb.

Cinayət işində ən vacib və həssas məqamlardan biri isə mərhumun hadisə baş verən kimi deyil, bir müddət sonra kəskin qanaxmadan vəfat etməsidir. Bunun səbəbi kimi hadisədə iştirak edən sürücülərin təcili tibbi yardıma zəng etməməsi göstərilir. Əvəzində hadisə yerinə toplaşan şəxslər təsadüfən yoldan keçən təcili tibbi yardım avtomobilindən kömək istəyiblər. Lakin həkimlər başqa çağırışa getdiklərini bildirərək ölümcül vəziyyətdə olan gəncə yardım göstərməyiblər.

Bunu təsdiq etmək üçün TƏBİB-ə vəkil sorğusu göndərilib. Sorğuya verilən cavabda isə həmin gün hadisə ilə bağlı təcili tibbi yardıma çağırış daxil olmadığı bildirilib.

Bütün bunlar "bəlkə də vaxtında tibbi yardım göstərilsəydi, gəncin həyatını xilas etmək olardı" ehtimalını gücləndirir.

Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma məhkəmənin ilkin mövqeyi də zərərçəkmiş tərəfi narazı salıb.

Hazırlıq iclasında mərhumun hüquqi varisi qismində tanınmış anası Nərgiz Şəfiyevanın vəkili Sadiq Rəsulov yuxarıda qeyd olunan məsələlərin araşdırılması üçün işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını xahiş edib.

Vəkil hesab edir ki, ibtidai istintaq müddətində iş üçün vacib olan əhəmiyyətli məsələlərə aydınlıq gətirilməyib, çoxsaylı suallar açıq qaldığı halda məhkəmə istintaqının başlanılması isə qanunauyğun deyil:

"Ortada cavablandırılmamış suallar var. Məsələn, hadisədə iştirak edən ikinci sürücü hansı əsasla kənarda qalıb? Cinayət işinin materiallarında mərhumun kəskin və çoxlu qanitirmədən öldüyü göstərilib. Yəni şəxsin kimlərinsə səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən ölməsi ehtimal olunur. Lakin hadisədən sonra tibbi yardıma müraciət edilib-edilmədiyi, yardımın nə qədər gec gəldiyi və ümumiyyətlə, nə vaxt göstərildiyi araşdırılmayıb. Bundan əlavə, müstəntiq ilkin istintaqı tez-tələsik yekunlaşdırıb, iş materialları ilə tanış olmağa imkan verməyib. Bizə şərait yaradılmalı idi ki, vəsatətlərimizi verək. Amma tam əksinə, ananı aldadıb tez işi bitiriblər. Bir də onda xəbərimiz oldu ki, iş artıq məhkəməyə verilib. Bunlar hamısı prosessual qaydaların pozulmasıdır".

Oğlunu itirən ana isə indi yalnız ədalətli araşdırma istəyir:

"Zəngilandan köçkün düşəndə əsir götürülməməyimiz üçün oğlumu qucağıma alıb özümü Araz çayına atdım. Birdən uşaq əlimdən çıxdı, çay apardı. Bunu görən iranlı suya atılıb uşağımı xilas etdi. Uzun illər yataqxanalarda min bir məhrumiyyətlə böyüdüb boya-başa çatdırdığım oğlumu itirmişəm. Xahiş edirəm, bu iş düzgün araşdırılsın. Yeganə istəyim budur".

Müşavirədən sonra hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası ibtidai istintaq zamanı hər hansı kobud qanun pozuntusuna yol verilmədiyini bildirərək vəsatəti rədd edib. İş məhkəmə baxışına verilib.

Zərərçəkmiş tərəf məhkəmənin qərarı ilə razılaşmır. Nərgiz Şəfiyeva Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edib. Ana oğlunun işi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədən, tam ədalətli araşdırma aparılmasını xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#Təbriz_Şəfiyev#yol_qəzası#avtomobil_qəzası#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Aeroport_yolu#Suraxanı_qəza#Məhkəmə-Hüquq_Şurası#cinayət_işi#ölümlə_nəticələnən_qəza.

Oxşar Xəbərlər

6 saylı cəzaçəkmə müəssisəsində YANĞINHadisə

6 saylı cəzaçəkmə müəssisəsində YANĞIN

Bu gün saat 17:10-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Bu gün
20:080
Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜATHadisə

Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT

Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.

Bu gün
17:321
Udmurtiyada daşqın fəlakəti: 150 ev su altında qaldıHadisə

Udmurtiyada daşqın fəlakəti: 150 ev su altında qaldı

Sel təhlükəsinin artması ilə əlaqədar olaraq Udmurtiya Respublikasının Malopurqinski, Kiznerski və İqrinski rayonlarında yüksək hazırlıq rejimi tətbiq edilib.

Bu gün
16:001
Bakıda papağa görə dava: Ər arvadını döydüHadisə

Bakıda papağa görə dava: Ər arvadını döydü

Bakıda kişi arvadını papağa görə döyüb.

Bu gün
15:401