Son dəqiqə
Ərdoğan: "İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmirik"Küveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"ABŞ Hərbi Dəniz Qüvvələri büdcədən raketlər üçün yeddi milyard dolların ayrılmasını istəyirEvini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEONaxçıvanın Qaraxanbəyli kəndində PROBLEM: "Qabları yağış suyu ilə yuyuram" - VİDEORumıniyalı məşqçi Mirça Luçesku vəfat edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub
"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub
İdman

"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub

Bu gün
19:56
0 baxış
Paylaş:

Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Gundem.today xəbər verir ki, Boks Mərkəzində təşkil olunan turnir Azərbaycan millisi üçün uğurlu alınıb. Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb. Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca da həlledici mərhələdə Azərbaycan duelləri olub. Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib. Tayfur Əliyev (60 kq) - Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) - Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb.

90 kq-da Surət Qarayev Coşua Heskeni (Avstraliya) məğlub edib - 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28). Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub.

Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc medal qazanıblar.

Millimiz 21 - 6 qızıl, 5 gümüş və 10 bürünc medalla komanda hesabında birinci yeri tutub və "Böyük İpək Yolu" kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, "üçlüy"ü Türkiyə (3-0-3) qapayıb.

Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib. Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Azərbaycan_boksçuları#Azərbaycan_Boks_Federasiyası#İdman#Böyük_İpək_Yolu

Oxşar Xəbərlər

Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edibİdman

Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib

Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib.

Bu gün
22:120
İtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTOİdman

İtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTO

İtaliya futbolunda yeni baş məşqçinin kimliyi ətrafında yaranmış intriqa davam edir və rəhbərlik bu məsələdə qətiyyən tələsmək niyyətində deyil.

Bu gün
19:420
"Turan Tovuz" qələbəni niyə əldən verdi? - Baş məşqçidən AÇIQLAMAİdman

"Turan Tovuz" qələbəni niyə əldən verdi? - Baş məşqçidən AÇIQLAMA

"Demək olar ki, heç nədən qol buraxdıq".

Bu gün
19:181
"Qalatasaray"ın müdafiəçisi "Napoli"nin hədəfində: Yay transfer pəncərəsində sürpriz gözlənilir - FOTOİdman

"Qalatasaray"ın müdafiəçisi "Napoli"nin hədəfində: Yay transfer pəncərəsində sürpriz gözlənilir - FOTO

Türkiyənin "Qalatasaray" klubunun arxa xəttindəki çıxışı ilə diqqət çəkən müdafiəçi Uilfrid Sinqo İtaliya A Seriyasına transferə hazırlaşır.

Bu gün
18:461