
İki ölkənin səfirləri Azərbaycan XİN-ə ÇAĞIRILDILAR
"20 aprel tarixində Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar".
"20 aprel tarixində Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar".
Gundem.today xəbər verir ki, bu barədə XİN məlumat yayıb:
"Görüşlər zamanı, 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.
Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.
Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.
Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.
Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətKaya Kallas: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır"
"Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, Avropa Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində strateji dərəcədə maraqlıdır".
SiyasətBaş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.
SiyasətLatviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
SiyasətÇağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək
Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.