
İkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.
Aydın Həsənli əldə etdiyi uğurla bağlı təəssüratlarını Gundem.today-la bölüşüb.
A.Həsənli bildirib ki, maksimum nəticəni gözləsə də, tam əmin olmayıb:
"300 bal olmasa da, 297-298 civarında nəticə gözləyirdim. Amma çox şükür ki, 300 bal oldu. 9-cu sinifdə də 300 bal toplamışdım. Bu sevinci ikinci dəfə yaşayıram. Xəbəri eşidəndə ailə üzvlərim yanımda idi, sevincimizini özünüz təsəvvür edin".
A.Həsənli hazırlıq prosesindən də danışaraq bildirib ki, uğurun arxasında həm sistemli zəhmət, həm də düzgün hədəf dayanır:
"Təxminən gündə iki saat hazırlıqda olurdum. Üstəlik, əlavə olaraq özüm də çalışırdım, inkişaf üçün mətnlər yazırdım. Uşaqdan uşağa fərq edir - təkbaşına hazırlaşıb yüksək nəticə göstərənlər də var, hazırlığa gedənlər də. Amma əsas məsələ yüksək hədəf qoymaqdır".
O, gələcək planlarına da toxunub:
"Kompüter elmləri ixtisasını seçmək istəyirəm. Qəbul üçün xüsusi hazırlaşmamışam. Çünki respublika səviyyəli yarışlarda nəticələrim və medallarım var".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub
"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub".
CəmiyyətSakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.
CəmiyyətYaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.
CəmiyyətBeyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTO
Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirilib.