Son dəqiqə
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilirHikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEOİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"92 nömrəli marşrutun avtobusları yenilənirSimonyan: "Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etməyi təklif etdi"Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Hikmət Hacıyev: "Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır"
Hikmət Hacıyev: "Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır"
Siyasət

Hikmət Hacıyev: "Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır"

Bu gün
19:04
0 baxış
Paylaş:

"Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur".

"Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.

"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:

"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".

H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.

"ABŞ-İran gərginliyi, eləcə də Rusiya-Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#Antalya_Diplomatiya_Forumu

Oxşar Xəbərlər

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilirSiyasət

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.

Bu gün
20:360
Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEOSiyasət

Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEO

"Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib".

Bu gün
20:300
Simonyan: "Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etməyi təklif etdi"Siyasət

Simonyan: "Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etməyi təklif etdi"

Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.

Bu gün
20:080
Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"Siyasət

Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"

"Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir".

Bu gün
19:560