Son dəqiqə
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcəkÇinin məxfi silahının sınağı keçirildi - VİDEORusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Gənc aktrisa Moskvada qəzada həlak olduGənc aktrisa Moskvada qəzada həlak oldu - VİDEOÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTO - VİDEO
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTO - VİDEO
Siyasət

İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTO - VİDEO

Bu gün
19:14
0 baxış
Paylaş:

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.

Bildirilib ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

"Caspian Agro Week" sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı" kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri nümayiş olunur.

"InterFood Azerbaijan" sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim edilir.

Əsas yeniliklərdən biri indiyədək "Caspian Agro" kimi tanınan sərginin bu ildən "Caspian Agro Week" konsepti çərçivəsində təşkil olunmasıdır. Sərgi ilə yanaşı, konfrans və forumlar, həmçinin innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq.

Dövlətimizin başçısı və birinci xanım "Azərsun Holdinq" şirkətinin stendinə baxdılar. Şirkət "tarladan süfrəyə" prinsipi ilə fəaliyyət göstərərək, müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. "Azərsun Holdinq"in fəaliyyəti bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır.

Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik "Agro Dairy" aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xammalın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar-sənaye ekosistemi formalaşdırıb. "Torpaqdan süfrəyədək" prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir.

Almaniyanın "Holmer" şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. "Holmer" innovativ şirkət olmaqla, texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir.

İtaliyanın "New Holland" şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. "New Holland" kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq, fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Rusiyanın "PhosAgro" şirkəti dünyada fosfatəsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti, eyni zamanda, yüksəkkeyfiyyətli fosfat süxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və ammoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfatəsaslı gübrə istehsalçısı olan bu şirkət, həmçinin ən böyük yüksəkkeyfiyyətli fosfat süxuru istehsalçısıdır.

Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik "Azera Holdinq" əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik Holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan "Fruitland" şirkəti Azərbaycanda ilk dəfə "Agroland" və "BinəAgro" şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir.

Sərgidə iştirak edən Türkiyənin "Favo Agro" şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. "Favo Agro" kənd təsərrüfatı texnikası ilə yanaşı, suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət, həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.

Qeyd edildi ki, "Made in Azerbaijan" brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik, həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, "Aqrar sahədə süni zəka", "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada, eyni zamanda, "ağıllı" kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məh

#Siyasət#İlham_Əliyev#Mehriban_Əliyeva#Leyla_Əliyeva#Azərbaycan_Respublikası#Kənd_Təsərrüfatı_Nazirliyi#Bakı#Caspian_Agro#InterFood_Azerbaijan#Bakı_Ekspo_Mərkəzi

Oxşar Xəbərlər

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Siyasət

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Bu gün
20:480
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEOSiyasət

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu gün
20:360
İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...Siyasət

İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...

Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4

Bu gün
20:140
Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıbSiyasət

Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videgörüntülər paylaşıb.

Bu gün
20:100