Son dəqiqə
İsveç yeni xarici kəşfiyyat xidməti yaradırMəşhur azərbaycanlı reper Moskvada qəzaya düşdü - VİDEORumıniyada siyasi gərginlik: Müxalifət alyansı hökuməti istefaya göndərdiPaytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEOƏhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEOAvropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...
İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...
Siyasət

İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...

Bu gün
20:14
0 baxış
Paylaş:

Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4

Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 44 günlük döyüşlərdən sonra kapitulyasiyaya məcbur edilən Ermənistana da sülh əli uzadılır.

Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar İrəvanın Türkiyə ilə münasibətlərinə də öz müsbət təsirini göstərir. Rəsmi Ankara, hər zaman olduğu kimi, İrəvanla münasibətlərdə öz prioritetini Azərbaycanın mövqeyinə şəksiz dəstəklə müəyyən edir. İstənilən halda region sülh yolunda addımlayır və qeyd etdiyimiz kimi, bu prosesdə müharibədən qalib çıxan Azərbaycanın humanist yanaşması və sülh əlini uzatması əsas amil rolunu oynayır.

Türkiyə-Ermənistan münasibətləri də sözügedən xətt üzrə normallaşma mərhələsinə qədəm qoyur. Bu proses olduqca həssas siyasi balans və gedişlər şəraitində bu gün uğurla davam etdirilir.

Ancaq yenə də bütün problemlərin aradan qalxdığını söyləmək olmaz. Məsələn, aprelin 24-də erməni mediası və sosial şəbəkənin Ermənistan seqmenti, hər zaman olduğu kimi, Türkiyəyə qarşı kəskin mövqe ilə ön plana çıxdı. Hətta qondarma soyqırımının ildönümündə İrəvanda Türkiyə bayraqları belə yandırıldı.

Bu hadisə göstərir ki, siyasi mühitin hansı şəkildə dəyişməsindən asılı olmayaraq, keçmiş unudulmur və hər zaman bir şəkildə ona istinad edilir.

Bütün bunların fonunda isə bu günlərdə İrəvanda olduqca qəribə bəyanatlar eşidilir. Bəyanatların müəllifi isə daha da qəribə şəkildə hansısa erməni millətçisi və radikal düşüncəli erməni deyil, İrəvanda Türkiyəni təmsil edən türk diplomatdır.

Söhbət Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçdan gedir. Kılıçın Ermənistanda verdiyi bəyanatlar o qədər qəribədir ki, onun İrəvanda qonaq yox, ev sahibi olduğu hissinə qapılırsan. Elə Serdar Kılıç özü də çıxışında bildirir ki, həqiqətən, özünü İrəvanda evindəki kimi hiss edir.

Türk diplomatın iki həftə əvvəl ölkəsinin bayrağının yandırıldığı bir ölkədə özünü evindəki kimi hiss etməyi qalsın bir yana, bundan sonra səsləndirdiyi ifadələrə heyrətlə yanaşmamaq mümkün deyil. Serdar Kılıçın sözləri göstərir ki, o öz ölkəsinin deyil, məhz ermənilərin mənafeyini hər şeydən üstün tutur və bu yolda əlindən gələn hər şeyi edir. Los-Anceles və Beyrutda çalışdığı dönəmlərdə ermənilərin arasında yaşadığını vurğulayan diplomat münasibətlərin normallaşması prosesinin başladığı andan erməni həmkarı Ruben Rubinyana bir sıra təkliflər verdiyini və bu təklifləri verərkən Türkiyənin deyil, ermənilərin mənafeyini düşündüyünü qeyd edib. Bu açıqlamanı verərkən əlində bayraq etdiyi yeganə şey isə ermənilərin arasında uzun illər yaşaması və onları yaxşı tanıması olub.

Təbii ki, siyasi arenada hər kəs Türkiyə dövlətinin mövqeyini, Azərbaycana verdiyi dəstəyi, erməni yalanlarına qarşı verdiyi mübarizəni uzun illərdir görür və bu mənada Serdar Kılıçın açıqlamalarının Türkiyə dövlətinin deyil, Serdar Kılıçın şəxsi mövqeyini əks etdirdiyini anlaya bilər. Ancaq görünür, Serdar Kılıç özü içindəki erməni sevgisinə məğlub olaraq rəsmi Ankaranın prinsiplərinə zidd davrandığının fərqində deyil.

Özünü İrəvanda evindəki kimi hiss edən Serdar Kılıça xatırlatmaq lazımdır ki, onun "evi"nin mərkəzində qondarma erməni soyqırımına nəhəng abidə ucaldılıb və iştirak etdiyi sammitin bir çox iştirakçıları həmin abidənin qarşısında baş əyiblər. Həmin abidə ki Türkiyə dövləti və xalqına qarşı dünya tarixinin gördüyü ən böyük iftiralardan birinin inikasıdır. Həmin abidə ki Serdar Kılıçın da atalarını qətl törətməkdə ittiham edir və əsrlər boyu mövcud olan bir nifrəti özündə birləşdirir.

Serdar Kılıçın tarixi bilgilərinin bu qədər zəif olduğuna inanmaq istəməzdik, amma özünü İrəvanda evindəki kimi hiss edən və mədhiyyə oxuyan diplomatın çıxışına başqa izah da tapmaq çətindir.

Türk diplomatın ermənilərlə sərhədin açılması üçün göstərdiyi səylər də bu açıqlamalar fonunda məqsədli görünür. Bu gün siyasi düşüncəsini "Sürix protokolları" dövründəki kimi formalaşdıran diplomat qaş düzəldərkən göz çıxarmaq üzrə olduğunu, çox güman ki, anlamır. Əks halda İrəvanda səsləndirilən fikirləri, sadəcə, beynin dumanlanması, ən yaxşı halda isə düşüncəsizlik adlandırmaq olar.

Türkiyənin dövlət olaraq uzun illərdir apardığı mübarizəni görməzdən gələn bu yersiz humanizm ilk növbədə milli düşüncəyə bələd olmamaq, milli düşüncədən uzaqlaşmaq və onu heçə saymaq anlamına gəlmirmi? Serdar Kılıç İrəvanda Türkiyəni təmsil etdiyi bir platformada buraxdığı siyasi səhvləri və mümkün nəticələrini görməyəcək qədər siyasi düşüncədən məhrum bir görüntü verdi. Münasibətlərin normallaşması üçün çalışmaq sülhə doğru addımladığımız dövrdə m

#Serdar_Kılıç#Türkiyə-Ermənistan_münasibətləri#İrəvan_səfəri#Cənubi_Qafqaz#diplomatik_qalmaqal#normallaşma_prosesi#Azərbaycan#sülh_müqaviləsi#Ruben_Rubinyan#xarici_siyasət#qondarma_soyqırım.

Oxşar Xəbərlər

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırSiyasət

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

Bu gün
21:280
Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Siyasət

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Bu gün
20:480
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEOSiyasət

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu gün
20:360
Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıbSiyasət

Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videgörüntülər paylaşıb.

Bu gün
20:100