Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"
İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"
Siyasət

İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

Bu gün
09:18
0 baxış
Paylaş:

"Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır".

"Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır".

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

"Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Azərbaycan#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#COP29#Türk_Dövlətləri_Təşkilatı_(TDT)#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Azərbaycandan Ermənistana dizel göndəriləcəkSiyasət

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

Bu gün
09:360
Pakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEOSiyasət

Pakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO

ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?

Bu gün
03:000
Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEOSiyasət

Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.

Bu gün
01:420
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEOSiyasət

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
00:240