
İlham Əliyev Kolumbiyanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizdə Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.
Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.
Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunulub, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulanıb.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Gundem.today bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMüşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"
"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".
SiyasətGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazını blokadaya almasından sonra sual yarandı: bunun nəticəsi necə olacaq? Çünki ABŞ Prezidenti Donald Tramp bildirirdi ki, İranın 150-dən çox gəmisi məhv edilib, onların donanması yoxdur. İrandan cavab gəldi: "Tramp haradan bilir ki, bizim donanmamız yoxdur?"
SiyasətEnerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.
SiyasətElçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEO
"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".