
İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb.
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.
Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.
Dövlətimizin başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütəmadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.
Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.
Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCeyhun Bayramov Kaya Kallasla görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
SiyasətNikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"
"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".
SiyasətMeloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
SiyasətCorcia Meloni Bakıdan görüntülər paylaşdı - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.