
Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"
"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".
"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".
Gundem.today TASS-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirilən ortaq mətbuat konfransında səsləndirib.
Baş nazir qeyd edib ki, hazırda iki ölkə arasında mövcud olan sülhün hüquqi zəminə malik olmaması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, 2024-cü ildə tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını imzalayaraq təsdiq ediblər. Bu sənəd dövlətlərarası səviyyədə qəbul edilmiş və hər iki respublika üçün icrası məcburi olan ilk müqavilə hesab olunur.
N.Paşinyan, həmçinin xatırladıb ki, Bakı və İrəvan təxminən 40 il ərzində gərginlik şəraitində mövcud olublar, buna görə də dərhal tam sülh mərhələsinə qədəm qoymaq çətindir.
"Həm Azərbaycanda, həm də Ermənistanda münaqişə dövründən qalma ritorikalara hələ də rast gəlinir. Lakin anlamaq lazımdır ki, bu, tədricən irəliləyən və qaçılmaz bir prosesdir", - deyə hökumət rəhbəri əlavə edib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.
Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCeyhun Bayramov Kaya Kallasla görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Siyasətİlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
SiyasətMeloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
SiyasətCorcia Meloni Bakıdan görüntülər paylaşdı - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.