
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib.
Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLeyla Əliyeva qızı Əminəni təbrik etdi - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi "Instagram" hesabında qızı Əminəni doğum günü münasibətilə təbrik edib.
SiyasətƏli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.
SiyasətAzərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.
SiyasətLitvanın baş naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.