Son dəqiqə
65 yaşlı qadına qarşı təcavüzdə ittiham olunan gənc həbs edildiSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqAzərbaycan Kuboku: "Qarabağ"ı məğlub edən "Sabah" finala yüksəldiAzərbaycan Kuboku: "Qarabağ"ı məğlub edən "Sabah" finala yüksəldi - VİDEOİbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEOQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO - VİDEO
İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO - VİDEO
Siyasət

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO - VİDEO

Bu gün
20:56
0 baxış
Paylaş:

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib.

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları tədbirdə çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Cənab Prezident, rəsmi nümayəndə heyətinin üzvləri, Latviyadan gələn qonaqlar, xanımlar və cənablar.

Latviya Prezidentini rəsmi səfərdə qəbul etməkdən çox məmnunam. Bizim əla müzakirələrimiz oldu və sənədlər imzalandı. Müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir.

Məmnunam ki, cənab Prezidenti Latviyadan olan iş adamlarının böyük qrupu müşayiət edir. Əminəm ki, onların azərbaycanlı həmkarları ilə təmasları maraqlı və məhsuldar olacaq. Əlbəttə ki, istənilən biznes fəaliyyətinin arxasında bir neçə amil dayanır - ilk növbədə biznes qurduğunuz ölkədəki sabitlik, proqnozlaşdırılma imkanı, biznes və investisiya mühiti, həmçinin bağlantılar, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox digər amillər.

Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.

İstər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asılılığımızı tədricən azaltdıq. Bu gün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq.

Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfıra endirə bilərik.

Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik.

Həmçinin əminəm ki, azərbaycanlı həmkarlar qonaqlara rəqəmlər barədə də məlumat veriblər. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı - 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.

Planlarımıza gəlincə, biz Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır.

Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Biz neft satışı ilə başladıq, indi təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik və "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq. Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir.

Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, - hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, - 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək.

Bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdı, son bir neçə ayda isə daha da artmış oldu. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avro

#Siyasət#İlham_Əliyev#Edqars_Rinkeviçs#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Latviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"Siyasət

Latviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"

"Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı".

Bu gün
21:280
Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEOSiyasət

Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO

"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə ink

Bu gün
21:260
Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"Siyasət

Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"

"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".

Bu gün
21:240
Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır" - VİDEOSiyasət

Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır" - VİDEO

"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".

Bu gün
21:240