
İlon Mask rekord məbləğdə vergi ödəyib
"SpaceX"in qurucusu və planetin ən varlı adamı olan İlon Mask bir il ərzində ABŞ büdcəsinə 10 milyard dollar vergi ödədiyini açıqlayıb.
"SpaceX"in qurucusu və planetin ən varlı adamı olan İlon Mask bir il ərzində ABŞ büdcəsinə 10 milyard dollar vergi ödədiyini açıqlayıb.
Gundem.today bildirir ki, bu barədə Mask öz "X" hesabında paylaşım edib.
"Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm - tarixdə hər kəsdən daha çox", - deyə iş adamı yazıb.
İlon Mask bildirib ki, bu məbləğ fiziki şəxslər arasında bir il ərzində ödənilmiş ən böyük vergi məbləğidir. O əlavə edib ki, ölümündən sonra hökumət onun əmlakının daha 40%-ni müsadirə edəcək. İş adamının qiymətləndirməsinə görə, o, həyatı boyunca hökumətə ümumilikdə trilyonlarla dollar vəsait ödəyəcək.
Bundan əvvəl isə İlon Mask bildirib ki, onun rekord həcmdə vergi ödənişi bir dəfə ABŞ Vergi Xidmətinin (IRS) kompüter sisteminin sıradan çıxmasına səbəb olub. Onun sözlərinə görə, proqram çekdə göstərilən həddindən artıq böyük məbləği emal edə bilməyib.
Biznesmen qeyd edib ki, məmurlar ödənişi qəbul etmək üçün proqram təminatını təcili şəkildə yeniləməyə məcbur qalıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda müəmmalı partlayış səsləri eşidilib
Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.
DünyaZelenskidən 9 May paradı ilə bağlı məsləhət: "Moskvaya getməyin"
Volodimir Zelenski 9 May ərəfəsində Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad tədbirləri zamanı Moskvaya səfər etməyi məsləhət görmədiyini bildirib.
DünyaSabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı
Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzoru təhdid edən şəxs polis tərəfindən saxlanılıb.
DünyaMoskva İrəvana etiraz etdi: Ermənistan səfiri XİN-ə çağırıldı
İrəvanda keçirilən "Avropa Siyasi Birliyi" Sammitində baş verən bəzi hadisələrlə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.