
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.
İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Bəhramtəpə qəsəbəsində baş verib.
İttiham aktına görə, qəsəbədəki məktəbdə ingilis dili fənnini tədris edən müəllim, 36 yaşlı Dünyamin Ataşov (ad və soyad şərtidir) davamlı olaraq işlədiyi məktəbin direktorundan əməkhaqqının niyə köçürülmədiyini soruşub. Bir gün yenə həmin sualı verəndə direktor bezdiyini deyib və qonşuluqda yaşadıqları üçün görüşüb söhbət etməklərini təklif edib. Direktorun evinin qarşısında söhbət zamanı tərəflər arasında mübahisə düşüb. Müəllim və direktor bir-birini təhqir ediblər. Bu zaman müəllim direktorun arvadının əlinə yumruqla, qızına isə taxta nərdivanla vuraraq xəsarətlər yetirib.
Hadisədən sonra zərərçəkənlər polisə şikayət ediblər və Dünyamin Ataşov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onun iki dərs saatı direktorun adına yazıldığı üçün hər ay ona hesablama ilə 65 manat ödəniş edib. Sertifikasiya imtahanından kəsildiyi üçün müəllim kimi fəaliyyətinə xitam verilib. Bu zaman direktor ona yenə 65 manat pul verib. Lakin Dünyamin etiraz edərək məzuniyyət pulu ilə birgə vəsaitin daha çox olmalı olduğunu deyib. Direktor isə pulların hələ köçmədiyini bildirib. Beləcə, müəllimin əməkhaqqı məsələsi günlərlə uzanıb. Problem müəllimlə direktorun mübahisəsi və Dünyaminin iki nəfərə xəsarət yetirməsi ilə yekunlaşıb.
Dünyamin Ataşov ifadəsində direktorun ailəsinin onu döydüyünü və hətta üz-gözünün qana bulaşdığını deyib.
Məhkəmənin hökmü ilə Dünyamin Ataşov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun barəsində amnistiya aktı tətbiq olunub və o, cəzadan azad edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBinə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
HadisəBinə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı - VİDEO
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
HadisəTƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.
HadisəTƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Sabirabadda içərisində yeddi şagird olan mikroavtobus aşıb.