
İmtahanöncəsi şagirdlərlə necə davranılmalıdır? - Psixoloji basqının ağır fəsadları - VİDEO
İmtahanlarda zəif nəticə göstərən uşaqların bəzi hallarda valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalması acı həqiqətdir.
İmtahanlarda zəif nəticə göstərən uşaqların bəzi hallarda valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalması acı həqiqətdir.
Bu dönəmdə xüsusilə valideynlər övladlarının üzərinə daha çox düşürlər.
Mütəxəssislərin Baku TV-yə bildirdiyinə görə, valideynlər bu vəziyyətlərdə tənqidedici yox, dəstək olan tərəf kimi çıxış etməlidirlər. Əksər valideynlərin övladlarına basqı göstərməsi, onları başqaları ilə müqayisələndirməsi bədbəxt nəticələrə səbəb ola bilər.
Psixoloq Vəfa Əkbər deyir ki, imtahanöncəsi valideynin əsas vəzifəsi övladının emosional gərginliyini azaltmaqdır:
"Uşaq özünü imtahanın bir parçası deyil, ailənin dəyərli üzvü kimi hiss edirsə, imtahan zalına daha inamla daxil olur. Əks halda isə o, özünü ailənin xilaskarı, nəslin ümid yeri kimi görür. Bu gözləntilər puça çıxdıqda isə özünü yararsız, heç nəyə lazım olmayan biri hesab edir və bunun sonu depressiya, faciə ilə nəticələnə bilər".
Mütəxəssislər valideynləri uşaqlara daha çox dəstək göstərməyə çağırırlar.
Onların sözlərinə görə, imtahanların nəticəsini uşağın gələcəyinə yeganə ölçü kimi görmək düzgün deyil. Uşaqların özünəinamını gücləndirmək, onlara motivasiya vermək və psixoloji dəstək göstərmək həm təhsil, həm də şəxsi inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda gömrük orqanlarının vəzifələri artırılır
Gömrük orqanlarının vəzifələri artırılır.
CəmiyyətAzərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.
CəmiyyətAzərbaycanda malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK
Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.
CəmiyyətQusarda bir qəsəbə və 25 kəndin qazı kəsiləcək
Sabah saat 10:00-dan etibarən Qusar rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.