
İndoneziyada helikopter qəzası: Səkkiz ölü - VİDEO
İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində radarlardan itən "Airbus H130" helikopteri qəzaya uğrayıb və göyərtədə olanların heç biri sağ qalmayıb.
İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində radarlardan itən "Airbus H130" helikopteri qəzaya uğrayıb və göyərtədə olanların heç biri sağ qalmayıb.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafinin sözlərinə görə, vertolyotun qəzaya uğradığı yer sərt qayalıq relyefə malik sıx meşəlik ərazidir. O əlavə edib ki, helikopterin göyərtəsində altı sərnişin və iki heyət üzvü olub.
Qeyd edək ki, yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus olan helikopter aprelin 16-da günorta saatlarında bölgə daxilindəki yaşayış məntəqələri arasında uçuş həyata keçirirdi. Havaya qalxdıqdan bir müddət sonra onunla əlaqə kəsilib. İndoneziya rəsmiləri ehtimal edilən itkin düşmə zonasına 20-yə yaxın xilasedici yönləndirib. Əməliyyata ölkənin hərbi hava qüvvələri də cəlb edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFinlandiyada kimsəsiz ada tamamilə yanıb - VİDEO
Finlandiyanın Laplandiya bölgəsindəki Tornionyoki çayı üzərində yerləşən ada aprelin 18-də yanmağa başlayıb.
DünyaSirkdə qorxulu anlar: Pələng tamaşa zamanı insanların arasına atıldı - VİDEO
Rusiyanın Rostov şəhərində yerləşən səyyar sirkdə çıxış zamanı pələng manejdən tamaşaçıların olduğu zala atılıb.
DünyaSakit okeanda güclü zəlzələ baş verib
Sakit okeanda, Samoa sahillərində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
DünyaABŞ hərbçiləri İran gəmisini ələ keçirdilər - TƏFƏRRÜAT
ABŞ tərəfindən ələ keçirilən "Touska" yük gəmisi İranın Bəndər-Abbas limanına doğru hərəkət edirmiş.