
Məkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm" - VİDEO
Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.
Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, Özbəkistandan velosipedlə Ümrə ziyarətinə yola düşən zəvvar, Şirvan şəhərindən keçərkən təsadüfən yerli sakinlərlə qarşılaşıb.
Səyyah Qəhrəman Eşmirzəyev bildirib ki, məqsədi velosipedlə Səudiyyə Ərəbistanına - Məkkəyə çatmaqdır. O, ilkin olaraq Tacikistan, Əfqanıstan və İran marşrutu ilə hərəkət etməyi planlaşdırsa da, sərhədlərdəki məhdudiyyətlər səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bu dəyişiklik səyyahın təxminən 40 gün vaxt itirməsinə səbəb olub.
Yolboyu azərbaycanlılarla tanış olan səyyah, yerli sakinlərin onu səmimi qarşıladığını və süfrələrinə qonaq etdiyini bildirib. Qəhrəman Eşmirzəyev milli mətbəximizin yeməklərini xüsusilə bəyəndiyini qeyd edib.
Səyyahın sözlərinə görə, Türkiyəyə çatdıqda maddi vəsaiti tükənərsə, orada çalışaraq pul qazanacaq və yoluna davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAğzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi
Mart ayının əvvəli, müharibənin başladığı bir həftədən çox idi. Günlərdir müxtəlif vilayətlərdən, xüsusilə, Ukraynanın şərqindən və cənubundan müxtəlif yollarla çöllərə səpələnib ölkəni bürümüş müharibədən sağ-salamat təxliyə olmaq istəyənlər Kiyev vağzalına toplaşmışdılar. Günlərdir gözləntidən sonra təxminən 10 vaqondan ibarət bir qatar demək olar ki, ancaq azərbaycanlılara ayrılmışdı.
CəmiyyətEvdə səs-küy saldığınıza görə yüksək məbləğdə cərimə edilə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Mənzil sizin şəxsi əmlakınız olsa da, orada belə, bəzən hərəkətlərinizi elə seçməlisiniz ki, kənar şəxsləri narahat etməyəsiniz.
CəmiyyətAzərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.
Cəmiyyətİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.