Son dəqiqə
Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilibZaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEOAdriana Lima və Alessandra Ambrosio "Trendyol" ilə əməkdaşlığa başlayıb - FOTOAlmaniyada banka hücum: Girov götürülənlər var - FOTO"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib - FOTORəşad Sadıqov "Sabah"la final matçından danışdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO
İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO
Cəmiyyət

İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO

Bu gün
13:56
0 baxış
Paylaş:

Hantavirus müxtəlif ölkələrdə aşkarlanmaqla yayılma coğrafiyasını genişləndirir. İsraildə qeydə alınan yeni yoluxma faktı, həmçinin Fransa, İsveçrə və CAR-dakı hallarla birlikdə virusun daha geniş ərazilərdə müşahidə olunduğunu göstərir. Eyni zamanda, "MV Hondius" kruiz gəmisində baş verən yoluxmalar da narahatlığı artırıb.

Hantavirus müxtəlif ölkələrdə aşkarlanmaqla yayılma coğrafiyasını genişləndirir. İsraildə qeydə alınan yeni yoluxma faktı, həmçinin Fransa, İsveçrə və CAR-dakı hallarla birlikdə virusun daha geniş ərazilərdə müşahidə olunduğunu göstərir. Eyni zamanda, "MV Hondius" kruiz gəmisində baş verən yoluxmalar da narahatlığı artırıb.

Yeni bəlanın fəsadları ilə bağlı Gundem.today-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev bildirib ki, bu virus gəmiricilərin ifrazatları ilə təmas nəticəsində insana yoluxa bilir:

"Hantavirus yeni deyil. Uzun müddətdir, bu virus məlumdur. Xüsusən gəmiricilər, siçan, siçovullar bu xəstəliyə yoluxurlar. Onların ifrazatları ilə təmas nəticəsində virus insana keçə bilir. Hemorragik qızdırma ilə özünü göstərir.

Bu virus ciddi fəsadlara səbəb olur. Müxtəlif ağırlaşmalar törədir və təəssüf ki, ölüm halları da çox müşahidə olunur".

Həkim qeyd edib ki, bu, endemik virusdur:

"Yəni koronavirus kimi sürətlə yayılıb pandemiya yaratmaq qabiliyyətinə malik deyil. Çünki əsasən, siçanlardan və digər gəmiricilərdən insana yoluxur və bu da sporadik hallarda baş verir.

İnsanların toplu yaşadığı yerlərdə zirzəmilərdə siçanlar məskunlaşa bilir. Virusun mənbəyi də həmin yerlər olur. Adətən, siçanlar zirzəmilərdə və zibilliklərdə yaşayır, orada nəcis qoyurlar. İnsanlar həmin yerləri təmizləyərkən qurumuş nəcis toz şəklində havaya qalxır və nəfəs yollarına düşərək yoluxmaya səbəb olur.

Xəstəliyin yayılması üçün həmin gəmirici virus daşıyıcısı olmalıdır. Çünki bütün gəmiricilərdə bu virus olmur. Virusa yoluxmuş gəmiricinin nəcisi ilə təmasda olan şəxslər - xüsusilə təmizlik işçiləri - xəstəliyə yoluxa bilirlər.

Bəzi mənbələrdə intim əlaqə yolu ilə də yayıla biləcəyi qeyd olunur. Lakin bu barədə ciddi və təsdiqlənmiş elmi məlumat yoxdur. Mən belə bir məlumatla qarşılaşmamışam və bunun əhəmiyyətli dərəcədə sübut olunduğunu düşünmürəm".

Mərdan Əliyev vurğulayıb ki, ölüm, əsasən, daxili qanaxmalar, qanın laxtalanma sisteminin pozulması, qan durulaşması və müxtəlif orqan çatışmazlıqları nəticəsində baş verir:

"Xüsusilə böyrək çatışmazlığı ağırlaşmalara səbəb ola bilir. Erkən aşkarlanıb müalicə olunduqda xəstənin həyatını xilas etmək mümkündür, amma ümumi olaraq xəstəlikdən ölüm riski yüksək hesab olunur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Hantavirus#Hanta_virusu#gəmiricilərdən_keçən_xəstəliklər#Mərdan_Əliyev#infeksion_xəstəliklər#hemorragik_qızdırma#siçan_infeksiyası#endemik_xəstəliklər#virusun_yayılması#böyrək_çatışmazlığı#sağlamlıq_xəbərləri.

Oxşar Xəbərlər

Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilibCəmiyyət

Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib

Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan azyaşlı hazırda təhlükəsiz şəraitdə sığınacaqda yerləşdirilib və onun təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür.

Bu gün
15:480
Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır" - VİDEOCəmiyyət

Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır" - VİDEO

"Oxuduğum məktəbdə indi nəvələrimin təhsil alması ən böyük xoşbəxtlikdir".

Bu gün
15:160
Talassemiya daşıyıcıları nələri bilməlidirlər? - Hematoloqdan TÖVSİYƏ - FOTOCəmiyyət

Talassemiya daşıyıcıları nələri bilməlidirlər? - Hematoloqdan TÖVSİYƏ - FOTO

8 May - Beynəlxalq Talassemiya Günü münasibətilə irsi qan xəstəlikləri arasında xüsusi yer tutan talassemiya ilə bağlı maarifləndirmə tədbirləri və məlumatlandırma kampaniyaları diqqət mərkəzindədir. Dünyada olduğu kimi, Azərbaycanda da talassemiyanın profilaktikası, erkən diaqnostikası və müasir müalicə imkanları səhiyyənin vacib istiqamətlərindən biri hesab olunur.

Bu gün
15:080
Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" - VİDEOCəmiyyət

Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" - VİDEO

Baku TV Şuşada fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olub.

Bu gün
14:520