Son dəqiqə
ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEOQarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər - VİDEOZaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏMüzakirələrdən gözləntilər: İranın razılaşma şərtlərinə əməl etməmə SƏBƏBLƏRİ - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu - VİDEO
İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu - VİDEO
İdman

İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu - VİDEO

Bu gün
18:36
0 baxış
Paylaş:

İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.

İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.

Gundem.today xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.

Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.

Xatırladaq ki, London təmsilçisi sonuncu dəfə məhz həmin tarixdə öz meydanında "Mançester Yunayted"ə (2:3) uduzmuşdu. Həmin vaxtdan bəri "Arsenal" milli çempionatda altı qələbə qazanıb və iki dəfə heç-heçə etmişdi.

Bu, "Arsenal"ın son dörd matçda artıq üçüncü məğlubiyyətidir. Bundan əvvəl komanda İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə (0:2), İngiltərə Kubokunun 1/4 finalında isə "Sauthempton"a (1:2) uduzmuşdu. Londonlular bu dövr ərzində yeganə qələbəsini Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Sportinq"ə (1:0) qarşı qazanıb.

Hazırda "Arsenal" 32 oyundan sonra 70 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Ehtiyatında iki oyunu olan və 61 xal toplayan "Mançester Siti" 2-ci yerdə qərarlaşıb. "Bornmut" isə 45 xalla 9-cu pillədədir. Növbəti turda, aprelin 19-da "Arsenal" səfərdə "Mançester Siti"nin qonağı olacaq, "Bornmut" isə bundan bir gün əvvəl səfərdə "Nyukasl"la qarşılaşacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Arsenal#Bornmut#İngiltərə_çempionatı#Premyer_Liqa#futbol#Viktor_Dyokereş#Eli_Krupi#Aleks_Skott#Mançester_Siti#İngiltərə_Kuboku#Çempionlar_Liqası.

Oxşar Xəbərlər

"Barselona"da Lamin Yamal həyəcanı: Gənc ulduz məşqi yarımçıq qoyduİdman

"Barselona"da Lamin Yamal həyəcanı: Gənc ulduz məşqi yarımçıq qoydu

Kataloniyanın "Barselona" klubunun gənc hücumçusu Lamin Yamal ötən gün keçirilən komanda məşqi zamanı qəfil narahatlıq yaşayıb.

Bu gün
17:580
41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil olduİdman

41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu

Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb.

Bu gün
16:220
Futzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub olduİdman

Futzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

Bu gün
16:171
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTOİdman

Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTO

Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə "Fight Club Rush" turnirində qələbə qazanıb.

Bu gün
16:021