
"İnter"in müdafiəçisi "Barselona"nın təklifini rədd etdi - FOTO
İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni İspaniya nəhəngi "Barselona"nın transfer təklifini qəti şəkildə geri çevirib.
İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni İspaniya nəhəngi "Barselona"nın transfer təklifini qəti şəkildə geri çevirib.
Gundem.today xəbər verir ki, 26 yaşlı istedadlı futbolçu yaxın gələcək karyerasını başqa klubda davam etdirmək fikrindən uzaqdır.
Kataloniya təmsilçisinin rəsmiləri italyan oyunçunun yaxın çevrəsi ilə əlaqə yaratsalar da, proses hər hansı ciddi danışıqlar mərhələsinə keçməyib. Futbolçu öz qərarında qətiyyətlidir və Milan klubunun rəngləri altında çıxışını davam etdirməyi hədəfləyir.
"İnter" rəhbərliyi də öz növbəsində Bastonini komandanın müdafiə xəttinin ən önəmli və əvəzolunmaz fiqurlarından biri hesab edir.
Xatırladaq ki, ötən həftə yayılan məlumatlarda "İnter"in Bastoni üçün "Barselona" tərəfindən irəli sürülən 45 milyon avroluq ilkin təklifdən imtina etdiyi və bu transfer üçün minimum 60 milyon avro istədiyi vurğulanmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFutzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
İdmanAzərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTO
Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə "Fight Club Rush" turnirində qələbə qazanıb.
İdmanƏfsanəvi məşqçinin son sözləri: Həkim Luçesku ilə təsirli söhbətini açıqladı
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.
İdmanSadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdi
Seneqal milli komandasının kapitanı Sadio Manenin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi gözlənilir.