
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb.
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət Qətər də daxil olmaqla, xarici banklarda dondurulmuş vəsaitlərdən gedir.
Qeyd olunur ki, rəsmi Tehran bu addımı Vaşinqtonla mümkün uzunmüddətli razılaşmaya doğru xoşməramlı jest kimi qiymətləndirir.
Məsələ ilə bağlı ABŞ-dən hələlik rəsmi təsdiq alınmayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Livan-İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verib
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.
Dünyaİranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olundu
İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.
DünyaRusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladı
Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.
DünyaTrampın etirazından sonra Britaniya Çaqos razılaşmasını dayandırır
ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasından sonra Böyük Britaniya rəhbərliyi 2026-cı ildə Hind okeanında yerləşən Çaqos arxipelaqının Mavriki dövlətinə təhvil verilməsini nəzərdə tutan müqaviləni parlamentin müzakirəsinə çıxarmayacaq.