Son dəqiqə
Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar varSabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Seymur Talıbova verilirdi"Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO"Yuventus" Luçano Spalletti ilə bağlı qərarını verdi"Fənərbağça"nın ulduz futbolçusunun evi qarət olunduAYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara REAKSİYA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. İqtisadiyyatda Naxçıvan modeli: Biznes üçün görünməmiş gömrük və vergi güzəştləri
İqtisadiyyatda Naxçıvan modeli: Biznes üçün görünməmiş gömrük və vergi güzəştləri
İqtisadiyyat

İqtisadiyyatda Naxçıvan modeli: Biznes üçün görünməmiş gömrük və vergi güzəştləri

Bu gün
17:44
0 baxış
Paylaş:

Naxçıvan Muxtar Respublikasının inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Gundem.today bildirir ki, bu strategiyanın həyata keçirilməsində Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir.

Dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramında 11 prioritet istiqamət əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, ixracyönümlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının artırılması, turizmin inkişafı, infrastruktur təminatının daha da yaxşılaşdırılması, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi müəyyən olunub və dövlət proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb.

Dövlət Proqramı çərçivəsində həyata keçirilən siyasət çərçivəsində Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə dəstək mexanizmləri tətbiq olunur. Vergi və gömrük güzəştləri, sosial təminat tədbirləri bu istiqamətdə əsas alətlər kimi çıxış edir. Bu mexanizmlər həm yerli, həm də xarici investorlar üçün cəlbedici şərait formalaşdıraraq regionun iqtisadi potensialının reallaşdırılmasına dəstək olur.

Sahibkarlığın təşviqi: Vergi və gömrük mexanizmi

Dövlət Proqramı çərçivəsində də təşviqedici tədbirlər nəzərdə tutulub. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə Naxçıvan Muxtar Respublikasının rezidentləri mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, hüquqi şəxslərin səhmdarları (payçıları) dividend gəlirlərindən tutulan vergidən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parkının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal məqsədilə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan, investisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan, Naxçıvanın ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan azad ediliblər.

Əmək bazarına dəstək: Sosial sığorta subsidiyaları

Əmək bazarının stimullaşdırılması üçün sosial sığorta ödənişləri üzrə də mühüm güzəştlər tətbiq edilir. Muzdlu işçilər üzrə işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2026-cı ildən 1 yanvar 2029-cu ilədək 100%, 1 yanvar 2029-cu ildən 1 yanvar 2032-ci ilədək 80%, 1 yanvar 2032-ci ildən 1 yanvar 2034-cü ilədək 60%, 1 yanvar 2034-cü ildən 1 yanvar 2036-cı ilədək 40% həcmində subsidiyalaşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Naxçıvan_Muxtar_Respublikası#iqtisadi_inkişaf#Dövlət_Proqramı_2023-2027#vergi_güzəştləri#10_illik_vergi_tətili#gömrük_rüsumu_azadlığı#investisiya_mühiti#sahibkarlığın_təşviqi#sosial_sığorta_subsidiyaları#sənaye_parkı#iqtisadi_inteqrasiya#Oxu.Az_xəbərləri#biznesə_dövlət_dəstəyi.

Oxşar Xəbərlər

Şuşa Şəhər Kollecinin binası təmir olunacaqİqtisadiyyat

Şuşa Şəhər Kollecinin binası təmir olunacaq

Şuşa Şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakwltəsi) binasının əsaslı təmiri və bərpası olunması nəzərdə tutulur.

Bu gün
17:560
İqtisadi Şuranın iclası keçirildi: Qurumlara tapşırıqlar verildi - FOTOİqtisadiyyat

İqtisadi Şuranın iclası keçirildi: Qurumlara tapşırıqlar verildi - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu gün
17:410
Azərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHIİqtisadiyyat

Azərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHI

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar satışa çıxarılacaq.

Bu gün
13:402
"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTOİqtisadiyyat

"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTO

"2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əm

Bu gün
12:350