
"Yuventus" Luçano Spalletti ilə bağlı qərarını verdi
İtaliya futbolunun nəhənglərindən olan "Yuventus" klubu komandanın baş məşqçisi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və mütəxəssislə yeni müqavilə imzalayıb.
İtaliya futbolunun nəhənglərindən olan "Yuventus" klubu komandanın baş məşqçisi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və mütəxəssislə yeni müqavilə imzalayıb.
Gundem.today xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə əldə olunan yeni razılaşma 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.
Xatırladaq ki, Spalletti "Yuventus"un sükanı arxasına ötən ilin oktyabr ayında keçmişdi.
Qeyd edək ki, hazırda 66 yaşı olan Spallettinin "Yuventus"la müqavilə imzalamazdan əvvəlki son iş yeri İtaliya milli komandası olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"
"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.
İdmanNovak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
İdman"Fənərbağça"nın ulduz futbolçusunun evi qarət olundu
"Fənərbağça" klubunun ulduz müdafiəçisi Milan Şkrinyar xoşagəlməz hadisə ilə üzləşib.
İdmanPolşa millisinin köməkçi məşqçisi vəfat edib
Polşa milli futbol komandasının köməkçi məşqçisi Yaçek Maqera 49 yaşında vəfat edib.