
İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir
"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir".
"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir".
Gundem.today ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.
"Biz ABŞ-nin ərazi sularımızda minaları təmizləmək cəhdlərinə qəti şəkildə qarşı çıxırıq və bunu atəşkəs şərtlərinin pozulması hesab edirik", - deyə o vurğulayıb.
Qalibaf əlavə edib ki, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ nümayəndə heyətinə xəbərdarlıq edərək, əgər minatəmizləyən gəmi yerindən tərpənərsə, ona zərbə endiriləcəyini bildirib. Onun sözlərinə görə, bundan sonra Vaşinqton gəminin geri çəkilməsi barədə göstəriş verib.
İranlı siyasətçi? həmçinin ABŞ-nin Hörmüz boğazı ətrafında tətbiq etdiyi blokadanı pisləyib. O qeyd edib ki, qərar yenidən nəzərdən keçirilməsə, boğazda gəmiçilik ciddi şəkildə məhdudlaşdırılacaq, çünki əraziyə İran tam nəzarət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada güclü zəlzələ baş verib
İndoneziyanın Sumatra adasında 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.