Son dəqiqə
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadırİngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub etdiİngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub etdi - VİDEO"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEONizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ - VİDEOAvropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Dünya

Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib

Bu gün
23:36
0 baxış
Paylaş:

Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.

Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.

Gundem.today "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.

Bildirilib ki, Kiyevin Qoloseyevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi faktı üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsinə əsasən (insan ölümünə səbəb olan terror aktı) cinayət işi açılıb.

Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını, o cümlədən hücum edən şəxsin motivlərini araşdırmaq üçün kompleks tədbirlər görür.

Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.

Gundem.today "RBC-Ukraine" saytına istinadən xəbər verir ki, hadisəni törədən şəxsin adı Dmitri Vasilçenkovdur.

O, Ukrayna paytaxtında insanlara atəş açaraq dörd nəfəri öldürüb, daha sonra supermarketdə barrikada quraraq bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə operativ şəkildə hüquq-mühafizə orqanları cəlb olunub və xüsusi təyinatlılar tərəfindən hücum edən şəxs zərərsizləşdirilib.

Daxili işlər naziri İqor Klimenko qeyd edib ki, hücum edən şəxs insanlara yaxın məsafədən atəş açıb və onun üzərində karabin tipli silah olub. Onun sözlərinə görə, cinayətkar əvvəlcə küçədə hərəkət edərək dörd nəfəri öldürüb, daha sonra mağazada girov götürdüyü şəxsi qətlə yetirib. Yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb.

Ümumilikdə insident nəticəsində altı nəfər həyatını itirib.

Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib", - V.Zelenski bildirib.

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

Gundem.today "Kiyev Novini" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.

Kiyev meri Vitali Kliçko xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kiyev#Silahlı_insident#Vitali_Kliçko#Volodimir_Zelenski

Oxşar Xəbərlər

İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edirDünya

İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir

"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir".

Bu gün
00:240
KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilərDünya

KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Bu gün
23:480
KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilərDünya

KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Bu gün
23:480
Gürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıbDünya

Gürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.

Bu gün
23:240