Son dəqiqə
Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEOABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıbTramp aparıcı neft-qaz şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirdiAllahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olunduBalakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İran ABŞ-nin şərtlərini qəbul edəcəkmi? - Münaqişənin yeni mərhələsi başlayır
İran ABŞ-nin şərtlərini qəbul edəcəkmi? - Münaqişənin yeni mərhələsi başlayır
Siyasət

İran ABŞ-nin şərtlərini qəbul edəcəkmi? - Münaqişənin yeni mərhələsi başlayır

27 mart 2026
14:58
1 baxış
Paylaş:

Amerika Birləşmiş Ştatları müharibəni bitirmək üçün İrana 15 maddəlik plan təklif edib, İslam Respublikası isə qarşılığında öz şərtlərini irəli sürüb. Rəsmi Tehran Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması, Hörmüz boğazı üzərində suverenliyin Tehranın təbii və qanuni hüququ olaraq tanınması, həmçinin ona qar

Amerika Birləşmiş Ştatları müharibəni bitirmək üçün İrana 15 maddəlik plan təklif edib, İslam Respublikası isə qarşılığında öz şərtlərini irəli sürüb. Rəsmi Tehran Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması, Hörmüz boğazı üzərində suverenliyin Tehranın təbii və qanuni hüququ olaraq tanınması, həmçinin ona qarşı sanksiyaların yumşaldılmasını tələb edib.

Bəs bu tələblər yerinə yetirilə bilərmi? Həmçinin, mövcud proseslər münaqişənin gələcəyinə necə təsir edəcək?

Sualları Gundem.today-a cavablandıran politoloq Natiq Miri bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp müharibəni uzunmüddətli etmək istəyində deyil:

"Çünki həm qlobal iqtisadi böhran, neft qiymətlərinin artması, eyni zamanda ABŞ daxilində ictimai rəyin Donald Tramp hakimiyyətinə qarşı çevrilməsi ehtimalı çox böyükdür. Yəni prosesin uzanması Ağ Ev rəhbərinin Birləşmiş Ştatlarda siyasi nüfuzunun sürətlə enməsinə gətirib çıxara bilər. Çünki noyabr ayında Konqresdə aralıq seçkiləri keçiriləcək və Trampın İranla bağlı qarşıdurmada qarşıya qoyduğu hədəflərə birmənalı olaraq çata bilməməsi, İranın nüvə planının hələ də qalması, ballistik raket və dronlardan istifadə edərək bütün region ölkələrinə təhlükə yaratma qabiliyyətinin mövcudluğu həm İsrail, həm də ABŞ adına məğlubiyyətdir. Belə bir məğlubiyyəti ABŞ ictimaiyyətinə anlatmaq mümkün deyil. Bu baxımdan Donald Tramp müharibənin uzun sürməsini istəmir".

"Ancaq üfüqdə bir də diplomatik danışıqlar ehtimalı mövcuddur. Bir tərəfdə Pakistanın, digər tərəfdə Türkiyənin vasitəçiliyi ilə ABŞ-İran arasında danışıqlara təşəbbüs edilir. Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi 15 maddəlik planın da indiki vəziyyətdə İran tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür. Ona görə ki, İranda bu gün qərar verəcək mülki dövlət institutları demək olar ki, yox dərəcəsindədir. İstər prezident Məsud Pezeşkian və onun komandası, istərsə də ali rəhbər və onun ətrafı kontekstində hansısa qərarların praktik qəbulu, həyata keçirilməsi real görünmür. Müctəba Xamenei ali rəhbər elan olunduğundan bəri kimsə onun üzünü görməyib. Bütün bu faktların hamısı göstərir ki, hakimiyyət bir mənalı olaraq SEPAH-ın nəzarətindədir. Qərarları verəcək şəxslər də onun rəhbərliyidir. Bu baxımdan, nə prezident, nə xarici işlər naziri, nə parlamentin sədri kimi şəxslər birmənalı olaraq önə çıxıb bütün məsuliyyəti üzərinə götürərək ABŞ ilə anlaşmağa risk etmirlər", - deyə ekspert vurğulayıb.

Müsahibimiz diplomatik danışıqlarla bağlı səslənən iddialara da münasibət bildirib:

"Donald Tramp əsasən bu cür açıqlamalarla bir tərəfdən dünya neft bazarında qiymətin qalxmasının qarşısını almağa çalışır. Çünki fikir verirsinizsə, bu cür qeyri-müəyyən açıqlamalar olmadan ABŞ və İsrailin hücumları kontekstində brend markalı neftin qiyməti 110-120 dollara qədər yüksəldi. Ancaq sonradan Donald Trampın diplomatik danışıqlar və İranın enerji obyektlərinin vurulması ilə bağlı paralel fikirləri, İrana 5 günlük zaman verilməsinə dair açıqlaması dünya neft bazarında qiymətin aşağı düşməsinə şərait yaratdı. Yəni burada Trampın dediklərinin nə qədər həqiqət olub-olmamasına deyil, niyə bu fikirlərin səsləndirilməsinə diqqət olunmalıdır".

"ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq. Yəni Xarq adasına və Hörmüz boğazına kim nəzarət edəcəksə, bu qarşıdurmada qalib də o olacaq. Bu baxımdan, yaxın günlərdə quru əməliyyatlarının həyata keçirilməsi də istisna deyil. İndiki vəziyyətdə də diplomatik danışıqlar aparılması görüntüsü yaratmaqla, düşünürəm ki, Donald Tramp quru əməliyyatlarının keçirilməsi ilə bağlı hazırlıqları da tamamlamaq istəyir", - deyə analitik fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"Siyasət

Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın baş katibinə məktub göndərib.

Bu gün
19:080
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTOSiyasət

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki şəhərinə səfər ediblər.

Bu gün
18:520
Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblərSiyasət

Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər

Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib

Bu gün
18:080
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildiSiyasət

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanda dəyişiklik edilib.

Bu gün
17:190