Son dəqiqə
Banklarda stress-testlər aparılacaqABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTOABŞ-də hantavirus təşvişi: İnfeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOXaçmazdakı yaşayış məhəlləsində yaranan ANTİSANİTAR vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı
İran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı
Dünya

İran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı

Bu gün
16:48
0 baxış
Paylaş:

ABŞ və İsrailin İrana qarşı müharibəsi dünyada ərzaq qiymətlərinin üç ildən çox müddətdə ən yüksək səviyyəyə qalxmasına gətirib çıxarıb.

ABŞ və İsrailin İrana qarşı müharibəsi dünyada ərzaq qiymətlərinin üç ildən çox müddətdə ən yüksək səviyyəyə qalxmasına gətirib çıxarıb.

Gundem.today-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat verib.

Hadisələrin bu cür gedişatına səbəb enerjidaşıyıcıları, gübrə və digər malların tədarük zəncirlərinin pozulması olub. Nəticədə qida məhsullarına olan qiymətlər indeksi aprel ayında mart ayı ilə müqayisədə 1.6% artıb. İllik ifadədə artım 2.5% olaraq qiymətləndirilib. Ən çox bitki yağları, ət və taxılın qiyməti artıb.

Bu arada neft kotirovkalarının (qiymətlərinin) kəskin artması bioyanacaqlara olan tələbatı stimullaşdırıb. Bitki yağlarının indeksi mart ayından bəri 5.9% artaraq, 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Ət qiymətləri indeksi 1.2% artaraq, rekord səviyyəyə çatıb.

Qeyd olunur ki, bütün dünya üzrə istehsalçılar artıq əkin sahələrinin və məhsuldarlığın azalması barədə xəbərdarlıq edirlər və bunda dizel yanacağı və gübrə qiymətlərini günahlandırırlar.

"Independent" nəşrinin proqnozlarına görə, Yaxın Şərq böhranı Böyük Britaniya sakinləri üçün ərzaq qiymətlərinin kəskin artması ilə nəticələnəcək. Həmçinin belə bir versiya da var ki, 2026-cı ilin noyabr ayına qədər ərzaq qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ərzaq_qiymətləri#qlobal_ərzaq_böhranı#BMT_hesabatı#tədarük_zənciri#inflyasiya#bioyanacaq#bitki_yağı_qiyməti#ət_qiymətləri#Yaxın_Şərq_gərginliyi#qida_məhsulları#iqtisadiyyat

Oxşar Xəbərlər

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıbDünya

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

Bu gün
17:520
ABŞ-də hantavirus təşvişi: İnfeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?Dünya

ABŞ-də hantavirus təşvişi: İnfeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında göyərtəsində hantavirus epidemiyası qeydə alınan "MV Hondius" kruiz gəmisini səfərdən sonra tərk etmiş sərnişinlərin axtarışına başlanılıb.

Bu gün
17:400
İran BƏƏ-yə raket və PUA zərbələri endirdi: Xəsarət alanlar varDünya

İran BƏƏ-yə raket və PUA zərbələri endirdi: Xəsarət alanlar var

İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ballistik raket və PUA-lar atılıb.

Bu gün
17:060
İran BƏƏ-yə raket və PUA zərbələri endirdi: Xəsarət alanlar var - VİDEODünya

İran BƏƏ-yə raket və PUA zərbələri endirdi: Xəsarət alanlar var - VİDEO

İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ballistik raket və PUA-lar atılıb.

Bu gün
17:060