
İran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.
"Fars körfəzinin idarə edilməsi üzrə yeni qayda və şərtlər ali rəhbərin başçılığı altında müəyyən ediləcək və tətbiq olunacaq", - deyə bəyanatda bildirilir.
Komandanlıq qeyd edib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazı boyunca İranın təxminən 2 000 kilometrlik sahil xəttinə nəzarət edəcək. Məqsəd bu su ərazisini İran xalqı üçün "dolanışıq mənbəyinə", eyni zamanda regionun "təhlükəsizlik və rifah mənbəyinə" çevirməkdir.
Açıqlamada yeni qaydaların detalları açıqlanmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMesajlaşma niyə anlaşılmazlığa səbəb olur?
Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.
DünyaRusiya aeroportlarında yeni qaydalar tətbiq olunub
Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.
DünyaDiplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan AÇIQLAMA
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.