
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı
Məşhur ukraynalı sənətçilər - ictimaiyyətə daha çox Potap kimi tanınan Aleksey Potapenko və Nastya Kamenskix yeddi illik ailə həyatlarına son qoyduqlarını bəyan ediblər.
Məşhur ukraynalı sənətçilər - ictimaiyyətə daha çox Potap kimi tanınan Aleksey Potapenko və Nastya Kamenskix yeddi illik ailə həyatlarına son qoyduqlarını bəyan ediblər.
Gundem.today xəbər verir ki, tanınmış cütlük ayrılıq qərarı barədə sosial şəbəkə hesablarında paylaşım edib. Sənətçilərin müraciətində qeyd olunur:
"Düz iyirmi il əvvəl biz musiqi dueti olaraq yolumuza başladıq və bu fəaliyyət zaman keçdikcə daha böyük bir məna qazandı. Lakin tez və ya gec hər şeyin bir sonu olur".
İfaçılar müraciətlərində özlərinin ən populyar mahnılarından biri olan "Necə baxsan da, biz cütlük deyilik" sətrindən də sitat gətiriblər.
Xatırladaq ki, cütlük birgə musiqi fəaliyyətinə 2006-cı ildə "Potap və Nastya" qrupunu yaradaraq start verib. İkilinin ilk musiqi albomu olan "Not a Couple" 2008-ci ildə işıq üzü görüb. 2017-ci ildən etibarən isə Kamenskix solo karyerasına başlayıb.
Sonda Potap və Nastya Kamenskix uzun illər boyu onlara göstərilən sonsuz sevgi və dəstəyə görə dinləyicilərinə minnətdarlıqlarını bildirib, bu qərara hörmətlə yanaşılmasını xahiş ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesFilipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib
Məşhur ifaçı Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın onların nikahının saxta olması barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Şou-biznesKİV: Maykl Ceksona qarşı yeni iddiada şok ittihamlar irəli sürülüb
Amerikalı pop ulduzu Maykl Ceksonun yaxın dostlarından birinin övladları mərhum müğənninin varislərinə və nümayəndələrinə qarşı yeni məhkəmə iddiası qaldırıblar.
Şou-biznesTürkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan məşhur türkiyəli aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay 12 illik evliliklərinə son qoyublar.
Şou-biznesTeylor Svift səsini süni intellektdən qorumaq üçün tədbir gördü
ABŞ-li müğənni Teylor Svift Patent və Ticarət Nişanları İdarəsinə ticarət nişanının qeydiyyatı üzrə üç ərizə təqdim edib. Bu qanuni addım, ehtimal ki, süni intellekt (AI) dövründə onun öz şəxsiyyətini qorumaq məqsədi daşıyır.