
İran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
Gundem.today xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadaşıyıcı xidmətlərindəki mənbə məlumat verib.
"İranın hava məkanının şərq hissəsində fəaliyyət normal rejimdə bərpa edilsə də, qərb hissəsi hələ də qapalı qalır", - deyə bildirilib.
Qeyd edilib ki, uçuşların həyata keçirilməsi üçün bir sıra şərtlər tələb olunur. Bu şərtlərə təyyarənin İslam Respublikasının hava məkanına daxil olmasından beş dəqiqə əvvəl identifikasiyası, eləcə də İranın hava məkanını tərk etməzdən beş dəqiqə əvvəl qonşu ölkənin dispetçerləri ilə əlaqə yaradılması daxildir.
"Bu qaydalar gələn həftənin şənbə günü, aprelin 25-i səhər saatlarına qədər qüvvədə olacaq", - mənbə vurğulayıb.
Eyni zamanda vurğulanır ki, qarşıdakı bir həftə ərzində Tehranın hava limanları təyyarələrin qəbulu və yola salınması üçün gündəlik olaraq 11 saat fəaliyyət göstərəcək.
"Tehrandakı iki hava limanı da daxil olmaqla, İranın altı mülki hava limanı Ümumdünya vaxtı ilə hər gün saat 03:30-dan 14:30-dək (Bakı vaxtı ilə 07:30-dan 18:30-dək - red.) açıq olacaq", - agentliyin həmsöhbəti deyib. O əlavə edib ki, bu rejim də aprelin 25-i səhər saatlarına qədər davam edəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.
DünyaArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.
DünyaBritaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.
DünyaABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər
ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.