Son dəqiqə
Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandıMilyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldıPakistan "EO-3" peykini uğurla orbitə çıxarıb - VİDEOViza üçün müraciət edənlərin DİQQƏTİNƏ - Rədd cavabları arta bilərTürkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilibİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran İsrailin silah və aerokosmik obyektlərinə zərbələr endirdi - VİDEO
İran İsrailin silah və aerokosmik obyektlərinə zərbələr endirdi - VİDEO
Dünya

İran İsrailin silah və aerokosmik obyektlərinə zərbələr endirdi - VİDEO

24 mart 2026
08:12
1 baxış
Paylaş:

İran Silahlı Qüvvələri İsraildə yerləşən "Rafael Advanced Defense Systems" silah şirkətinin sənaye obyektlərinə və "Israel Aerospace Industries" texnologiya firmasına zərbələr endirib.

İran Silahlı Qüvvələri İsraildə yerləşən "Rafael Advanced Defense Systems" silah şirkətinin sənaye obyektlərinə və "Israel Aerospace Industries" texnologiya firmasına zərbələr endirib.

Gundem.today "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasının ordusu martın 24-də Hayfada yerləşən "Rafael" silah şirkətinə, həmçinin Ben-Qurion hava limanı yaxınlığındakı "Israel Aerospace Industries" obyektlərinə və həmin hava limanında yerləşən yanacaqdolduran təyyarələrə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

İranın İsrailin paytaxtı Təl-Əvivə endirdiyi aviazərbələr nəticəsində altı nəfər yüngül xəsarət alıb.

Gundem.today xəbər verir ki, bu barədə "The times of Israel" məlumat verib.

Bildirilib ki, hücumlar nəticəsində bir neçə binaya və nəqliyyat vasitəsinə də ziyan dəyib.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bu gün İrandan yəhudi dövlətinə yönələn raket buraxılışı ilə bağlı üçüncü dəfə xəbərdarlıq edib.

Gundem.today xəbər verir ki, bu barədə SAXAL "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, İsrail ordusu raketləri zərərsizləşdirməyə davam edir. Yerli medianın məlumatına görə, bu dəfə ölkənin şimal hissəsində siren səsləri eşidilib.

Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəd ərazilərdə mümkün pilotsuz təyyarə hücumu barədə xəbərdarlıq etmişdi.

Bundan başqa İranın dövlət televiziyası da İslam Respublikasının İsrail ərazisinə raket atdığı haqqında məlumat verib. Bildirilib ki, aviahücumlar yəhudi dövlətinin mərkəzinə doğru yönəlib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandıDünya

Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı

"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir.

Bu gün
04:310
Milyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldıDünya

Milyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı

"Project Eleven" mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 "Bitcoin" (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində "Q-Gün" mükafatını təqdim edib.

Bu gün
04:020
Pakistan "EO-3" peykini uğurla orbitə çıxarıb - VİDEODünya

Pakistan "EO-3" peykini uğurla orbitə çıxarıb - VİDEO

Pakistan Yer müşahidəsi üçün nəzərdə tutulan "EO-3" elektro-optik peykini uğurla orbitə çıxarıb.

Bu gün
03:310
Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilibDünya

Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilib

Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.

Bu gün
02:310