
Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı
"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir.
"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir.
Gundem.today xəbər verir ki, bu barədə TASS agentliyinə Uzaq Şərq Federal Universitetinin Tibb və Həyat Elmləri Məktəbinin Fundamental Tibb kafedrasının dosenti, fəlsəfə doktoru Qalina Kompanets məlumat verib.
Onun sözlərinə görə, hazırkı mərhələdə yeni tibbi preparatların hazırlanmasına ehtiyac yoxdur. Çünki "gizli ölüm"ə səbəb olan mutasiya olunmuş WSSV nodavirusu ənənəvi virusəleyhinə vasitələrlə aradan qaldırılır.
Mütəxəssis bildirib ki, "gizli ölüm" nodavirusu (WSSV) elmə uzun müddətdir məlumdur. Virus əsasən krevetkalarda və müxtəlif dəniz canlılarında infeksiya yaradır. Müəyyən hallarda isə insanlarda xəstəlik törədə, xüsusilə, gözdaxili təzyiqin artması fonunda ağır göz zədələnmələrinə səbəb ola bilər. Onun müalicəsində standart virusəleyhinə dərmanlardan istifadə edilir. Yoluxma hallarının az olması səbəbindən yeni müalicə vasitələrinə ehtiyac duyulmur.
Qalina Kompanets əlavə edib ki, adətən heyvanlarda müşahidə olunan viruslar insan orqanizminə keçmir. Lakin nadir halda infeksiya növlərarası baryeri aşa bilib.
Ekspert qeyd edib ki, xəstəlikdən qorunmaq üçün çiy dəniz məhsullarına toxunarkən gözləri, burun boşluğunu və boğazı qorumaq vacibdir. Eyni zamanda, qida məhsulları istifadədən əvvəl tam bişirilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı
ABŞ-nin qlobal hərbi rabitə sisteminin (HFGCS) efirində qeyri-adi mesaj qeydə alınıb.
DünyaFransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"
"TotalEnergies" korporasiyasının rəhbəri Patrik Puyanne Hörmüz boğazının bloklanması və İranla bağlı mövcud gərginlik fonunda Fransanı gözləyən enerji qıtlığı riski ilə bağlı xəbərdarlıq edib.
DünyaAviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyir
Cari ildə uçuş saylarının kəskin azalması və aviabilet qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.
DünyaMilyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı
"Project Eleven" mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 "Bitcoin" (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində "Q-Gün" mükafatını təqdim edib.