Son dəqiqə
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAMABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyirİkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMİlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAMDİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilərBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib
İran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib
Dünya

İran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib

21 aprel 2026
15:20
0 baxış
Paylaş:

Çərşənbə axşamına keçən gecə İranın neft tankeri ölkənin Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub.

Çərşənbə axşamına keçən gecə İranın neft tankeri ölkənin Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub.

Gundem.today xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti Ordunun yaydığı bəyanata əsasən məlumat verib. Bildirilb ki, gəmi Ərəbistan dənizini keçdikdən sonra tam təhlükəsiz şəraitdə ölkənin dəniz sərhədlərinə çatıb və artıq bir neçə saatdır ki, cənub limanlarının birində lövbər salıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran_neft_tankeri#Hörmüz_boğazı#İran_Hərbi_Dəniz_Qüvvələri#ABŞ_dəniz_blokadası#ABŞ_və_İsrail_hücumu#Ərəbistan_dənizi#İran_limanları#atəşkəs#hərbi_münaqişə

Oxşar Xəbərlər

ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyirDünya

ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir

ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir.

Bu gün
12:140
Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEODünya

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO

Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.

Bu gün
11:400
ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdiDünya

ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.

Bu gün
11:320
"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olubDünya

"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub

Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.

Bu gün
11:240