
İran ordusunun baş komandanı: "Son damla qanımıza qədər vuruşacağıq"
"İran mübarizəni sona qədər davam etdirəcək".
"İran mübarizəni sona qədər davam etdirəcək".
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran ordusunun baş komandanı, general-leytenant Əmir Hatəmi bəyanatına istinadən məlumat verib.
"İndi ölkəmiz və əziz xalqımız ən cinayətkar düşmənlərin hücumuna məruz qaldıqda, son damla qanına qədər çiyin-çiyinə vuruşacaq və qəti qələbə qazanacaq", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandı
İsveçin mərkəzi hissəsində yerləşən Berlinqe bələdiyyəsində 20-dən çox məktəb mümkün zorakılıq hədələri səbəbindən bağlanıb.
DünyaPolşa Xarici İşlər Nazirliyindən qalmaqallı ABŞ-li reper Kanye Uestlə bağlı qərar
Polşa xarici işlər naziri Radoslav Sikorski ABŞ-li reper Kanye Uestin (indi Ye kimi tanınır) ölkəyə girişini qadağan edib.
DünyaNiderlandda bankomat partladıldı: Sakinlər təxliyə edildi, saxlanılanlar var - VİDEO
Niderlandın Harlem şəhərində bankomatlardan biri içindəki pul vəsaitlərini oğurlamaq məqsədilə partladılıb.
DünyaABŞ Konqresi nazirliyi pulsuz qoyub - May ayından maaşların verilməsi dayandırıla bilər
"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".