
İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.
Gundem.today "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran rəsmiləri bu iddianı əsassız adlandırıblar.
Bildirilib ki, ABŞ lideri etibarsız məlumatlara istinad edərək İranda səkkiz qadının edama məhkum edildiyini iddia edib. Agentliyin məlumatına görə, aparılan araşdırmalar nəticəsində belə bir hökmün çıxarılmadığı müəyyən olunub.
Qeyd edək ki, aprelin 21-də Donald Tramp öz sosial şəbəkə hesabında İran rəhbərliyinə müraciət edərək, saxlanılan səkkiz qadının ABŞ nümayəndə heyəti ilə danışıqlar ərəfəsində azad olunmasını tələb edib.
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini qadınları həbsdən azad etməyə çağırıb.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" platformasındakı hesabında "X" sosial şəbəkəsində paylaşılmış bir görüntünün skrinşotunu yayımlayaraq bildirib.
"Yaxın zamanda mənim təmsilçilərimlə görüşəcək İran rəhbərliyinə səslənirəm: Həmin qadınları sərbəst buraxsanız, sizə böyük minnətdarlığımı bildirərəm. Əminəm ki, onlar da sizin bu addımınızı yüksək qiymətləndirəcəklər. Lütfən, onlara heç bir xətər yetirməyin! Bu addım gələcək danışıqlarımız baxımından möhtəşəm başlanğıc ola bilər. Mövzunu diqqət mərkəzinə gətirdiyiniz üçün təşəkkür edirəm", - deyə Donald Tramp qeyd edib.
Sözügedən paylaşım Eyal Yakobi adlı istifadəçi tərəfindən yayımlanıb və şəkildəki qadınların kimliyi barədə məlumat verilməyib.
Bir sıra sosial şəbəkə istifadəçiləri isə həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığını iddia edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.
DünyaArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.
DünyaBritaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.
DünyaABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər
ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.