
İrana qarşı müharibə qlobal enerji sistemini sarsıtdı: Ekspertlərdən SOS
İrana qarşı hücumlar fonunda baş verən hərbi toqquşmalar bəşəriyyət tarixində ən genişmiqyaslı enerji böhranının yaranmasına yol açıb.
İrana qarşı hücumlar fonunda baş verən hərbi toqquşmalar bəşəriyyət tarixində ən genişmiqyaslı enerji böhranının yaranmasına yol açıb.
Gundem.today-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri "The Guardian" nəşrinə müsahibəsində bəhs edib.
O, ABŞ və İsrailin iştirakı ilə baş verən hərbi əməliyyatların qlobal miqyasda ən ağır enerji çatışmazlığı yarada biləcəyini vurğulayıb.
Bununla yanaşı, dünyanın aparıcı iqtisadçıları Yaxın Şərqdəki qarşıdurmaların nəticələrini indiyədək qeydə alınan ən böyük iqtisadi böhran kimi qiymətləndirirlər.
Ehtimallara əsasən, Yaxın Şərq regionunda enerji hasilatının əvvəlki vəziyyətinə qayıtması üçün təqribən iki il vaxt lazım olacaq.
Xatırladaq ki, Fevral ayında baş verən ABŞ-İsrail hücumlarının ardınca rəsmi Tehran Hörmüz boğazını tranzit üçün bağlayıb və yalnız Çin, Malayziya, eləcə də Pakistan gəmilərinin hərəkətinə icazə verib.
Qlobal neft və mayeləşdirilmiş təbii qaz ehtiyatlarının təqribən 20 faizinin daşındığı bu strateji boğazın qapanması, həmçinin regional infrastruktura vurulan zərər dünya neft bazarında tarixi miqyaslı təchizat kəsintilərinə gətirib çıxarıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "NATO-ya ehtiyacımız yoxdur, çünki kağız pələngdirlər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO tərəfdaşlarına ehtiyac duymadığını bildirib.
DünyaMakron Ermənistana rəsmi səfər edəcək
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana rəsmi səfəri edəcək.
DünyaTramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini qadınları həbsdən azad etməyə çağırıb.
DünyaABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir.