
İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏ
ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı iranın elektrik stansiyalarına, körpülərə zərbələr endiriləcək:
ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı iranın elektrik stansiyalarına, körpülərə zərbələr endiriləcək:
"İranda eyni vaxtda "elektrik stansiyaları günü" və "körpülər günü" olacaq... Boğazı açmasalar cəhənnəmdə yaşayacaqlar".
İranın enerji infrastrukturuna mümkün zərbələr baş verərsə, hadisələr necə inkişaf edə, fəsadları nə ola bilər?
Məsələ ilə Gundem.today-a danışan siyasi şərhçi Şəbnəm Həsənova qeyd edib ki, İslam Respublikasının enerji sektoruna zərbə endirilsə, neft qiymətlərində böyük artımlar olacaq.
O deyib ki, buna səbəb İranın dünyada mühüm neft istehsalçılarından biri olmasıdır:
"Onun hasilatına və ixracına zərbə qlobal təklifi azaldar və bazarda qıtlıq qorxusu yaradar. Enerji bazarları yalnız real itkilərə deyil, risk gözləntilərinə də reaksiya verir. Hətta kiçik zərbə belə qiymətləri psixoloji olaraq qaldıra bilər. Daha kritik məqam odur ki, əsas risk təkcə İran deyil. İran da cavab olaraq regionda gərginliyi artıra bilər. Xüsusilə Hörmüz boğazı təhlükə altına düşərsə, bu halda qiymətlər kəskin sıçrayış, şok effekti verə bilər. Nəticə qısa müddətdə sürətli bahalaşma deməkdirsə, orta müddətdə yüksək və qeyri-sabit qiymətlər anlamına gəlir. ABŞ-nin enerji infrastrukturuna zərbə endirməsi isə sadəcə hərbi deyil, çoxölçülü böhran yaradar. Elektrik kəsilər, su sistemləri dayanar. Nəticədə içməli su qıtlığı yaranar, müxtəlif xəstəliklər üzə çıxar, ərzaq təminatı pozular. Bu, tarixdə Körfəz müharibəsi zamanı da müşahidə olunub. Regional su və enerji sistemlərində "domino effekti" yaranar".
Politoloq vurğulayıb ki, Körfəz ölkələri suyu əsasən desalinasiya yolu ilə əldə edir:
"Bu sistemin özü də elektrik və neft-qazdan asılıdır. Əgər İran cavab zərbələri endirərsə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrdə 48-72 saat ərzində su böhranı yaranar, milyonlarla insan risk altına düşər. Hərbi baxımdan isə məhdud effekt olacaq. Çünki İran ordusu elektrikdən çox yanacaq ehtiyatlarına güvənir. Yəni mülki əhali ciddi zərər görər, amma hərbi əməliyyatlar tam dayanmaz.
Siyasi və geosiyasi əks-təsiri də nəzərə almaq lazımdır. İran cəmiyyətində ABŞ-yə qarşı qəzəb və birləşmə effekti yaranar. Habelə, ABŞ regiondakı müttəfiqlərin dəstəyini qismən itirə bilər. Qlobal enerji böhranı o deməkdir ki, neft və qaz axınları pozulur, bu isə qiymətlərin yüksəlməsinə, inflyasiyanın artmasına və dünya iqtisadiyyatının zərbə almasına səbəb olur. Əsas hədəf hərbi sektoru zəiflətmədir. Amma real nəticə odur ki, mülki infrastruktur dağıdılır, regional və qlobal böhran yaranır. Yəni hərbi baxımdan məhdud effekt yaranır, humanitar və iqtisadi baxımdan isə çox böyük və uzunmüddətli nəticələr dərin iz qoyur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ İranın strateji obyektini vurdu: Yaxın Şərqdə böhran qlobal müharibəyə çevrilə bilər?
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması üçün İrana vaxt qoymasından cəmi bir gün sonra Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri İranın Xarq adasına raket zərbələri endirib. Adada yerləşən strateji obyektlər hədəfə alınaraq, radar stansiyası, liman infrastrukturu vurulub. Elə bunun nəticəsidir ki, SEPAH isə qonşu ölkələrə xəbərdarlıq edib, ABŞ və onun tərəfdaşlarının infrastrukturuna zərbə vurmaqla hədələyib. Bildirilib ki, ABŞ və müttəfiqləri illərlə regionun neft və qaz
SiyasətAzərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bir qrup nümayişçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dəməşq şəhərində yerləşən səfirliyinə etdiyi hücumu kəskin şəkildə qınayıb.
Siyasətİqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTO
Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
SiyasətAzərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub
Prezident İlham Əliyev "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"u təsdiq edib.