Son dəqiqə
Tramp jurnalist Taker Karlson haqqında: "Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam"Hakimin qərarına əsəbiləşib planşeti qırdı - VİDEOƏrdoğan: "İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmirik"Küveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"ABŞ Hərbi Dəniz Qüvvələri büdcədən raketlər üçün yeddi milyard dolların ayrılmasını istəyirEvini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. ABŞ İranın strateji obyektini vurdu: Yaxın Şərqdə böhran qlobal müharibəyə çevrilə bilər?
ABŞ İranın strateji obyektini vurdu: Yaxın Şərqdə böhran qlobal müharibəyə çevrilə bilər?
Siyasət

ABŞ İranın strateji obyektini vurdu: Yaxın Şərqdə böhran qlobal müharibəyə çevrilə bilər?

Bu gün
20:32
1 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması üçün İrana vaxt qoymasından cəmi bir gün sonra Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri İranın Xarq adasına raket zərbələri endirib. Adada yerləşən strateji obyektlər hədəfə alınaraq, radar stansiyası, liman infrastrukturu vurulub. Elə bunun nəticəsidir ki, SEPAH isə qonşu ölkələrə xəbərdarlıq edib, ABŞ və onun tərəfdaşlarının infrastrukturuna zərbə vurmaqla hədələyib. Bildirilib ki, ABŞ və müttəfiqləri illərlə regionun neft və qaz

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması üçün İrana vaxt qoymasından cəmi bir gün sonra Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri İranın Xarq adasına raket zərbələri endirib. Adada yerləşən strateji obyektlər hədəfə alınaraq, radar stansiyası, liman infrastrukturu vurulub. Elə bunun nəticəsidir ki, SEPAH isə qonşu ölkələrə xəbərdarlıq edib, ABŞ və onun tərəfdaşlarının infrastrukturuna zərbə vurmaqla hədələyib. Bildirilib ki, ABŞ və müttəfiqləri illərlə regionun neft və qazından məhrum qalacaq.

Qeyd edək ki, Xarq adası İran üçün strateji əhəmiyyətə malikdir və enerji-logistika baxımından mühüm mövqedə yerləşir. Ada İran sahillərindən təxminən 25 km məsafədə, Hörmüz boğazının şimal-qərbində yerləşir və Fars körfəzinə çıxış baxımından regionun ən strateji məkanlarından biri sayılır. İranın neft ixracının təxminən 90%-i bu adadakı terminal vasitəsilə həyata keçirilir, 30 milyon barelə qədər saxlama tutumu ilə enerji təhlükəsizliyində həlledici rol oynayır. Bu səbəbdən ada yalnız İranın iqtisadi həyatında deyil, həm də qlobal enerji bazarında mühüm əhəmiyyətli nöqtə hesab olunur. Xarq adası təkcə enerji nöqteyi-nəzərindən deyil, həm də hərbi və geosiyasi baxımdan strateji məkandır. Xarqın strateji önəmi təkcə İranla ABŞ və İsrail arasındakı münaqişədə deyil, həm də qlobal enerji təhlükəsizliyi ilə birbaşa bağlıdır. Adanın ələ keçirilməsi və ya bağlantıların kəsilməsi neft axınına mane olaraq dünya bazarında qiymətlərin kəskin artmasına səbəb ola bilər. Eyni zamanda Körfəz ölkələri və beynəlxalq şirkətlər üçün də enerji marşrutlarının təhlükəsizliyini təmin etmək baxımından kritik əhəmiyyət daşıyır. Beləliklə, Xarq adası həm İranın iqtisadi dayanıqlığı, həm də regional və qlobal enerji siyasəti üçün həssas strateji nöqtə olaraq qalır. Onun gələcək taleyi bölgədəki geosiyasi oyunların və enerji təhlükəsizliyinin perspektivinə birbaşa təsir edə bilər.

Bu baxımdan, belə bir hadisə regionda genişmiqyaslı qarşıdurma riskini artırır. İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlaması da göstərir ki, regiondakı ABŞ və onun müttəfiqlərinin obyektlərinə qarşı müxtəlif istiqamətlərdən təzyiq istisna deyil. Körfəz ölkələrinin enerji infrastrukturu, hərbi bazalar və dəniz yolları potensial hədəflər sırasına daxil olur. Bu isə münaqişənin lokal çərçivədən çıxaraq daha geniş regional - Yaxın Şərq qarşıdurmasına çevrilməsi riskini artırır. Belə bir eskalasiya isə yalnız region dövlətləri ilə məhdudlaşmaya, digər böyük güclərin də mövqeyi ön plana çıxa bilər. Bu isə münaqişəni daha mürəkkəb və çoxqütblü edir.

Düzdür, böyük dövlətlər açıq qarşıdurmadan yayınmağa və daha çox nəzarət olunan gərginlik şəraitində hərəkət etməyə çalışırlar, lakin risk tamamilə istisna olunmur. Nəticə etibarilə, Xarq adası ətrafında baş verə biləcək hərbi toqquşma təkcə İran üçün deyil, bütün region və qlobal iqtisadi sistem üçün ciddi sınaq ola bilər. Bu cür hadisələr enerji bazarlarını sarsıtmaqla yanaşı, regionda uzunmüddətli qeyri-sabitliyə və təhlükəsizlik risklərinin artmasına gətirib çıxara bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Xarq_adası#İran-İsrail_münaqişəsi#İran-ABŞ_gərginliyi#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)

Oxşar Xəbərlər

Azərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"Siyasət

Azərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bir qrup nümayişçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dəməşq şəhərində yerləşən səfirliyinə etdiyi hücumu kəskin şəkildə qınayıb.

Bu gün
18:021
İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏSiyasət

İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏ

ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı iranın elektrik stansiyalarına, körpülərə zərbələr endiriləcək:

Bu gün
17:481
İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTO

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bu gün
17:251
Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulubSiyasət

Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub

Prezident İlham Əliyev "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"u təsdiq edib.

Bu gün
16:410