
İranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
Gundem.today xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.
"İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığına dair məlumatlar var. Ümid edirəm ki, bu belə deyil. Əgər doğrudursa, onlar bunu dərhal dayandırmalıdır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 8-də ABŞ-nin İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşı olduğunu bəyan edib. Bununla yanaşı, Vaşinqton və Tehranın bu məsələdə birgə fəaliyyət imkanının növbəti iki həftə ərzində müzakirə olunacağı bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən hündür yaşayış olmayan binası: 18 il sonra tikintisi başa çatır - FOTO
Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir.
DünyaSüni intellekt dünyasında ŞOK: "ChatGPT"nin taleyi apreldə həll olunacaq
"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.
DünyaMelaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
Dünya"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.