
"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.
Gundem.today xəbər verir ki, bu barədə "OC" nəşri nəlumat yayıb.
23 iyun 1981-ci ildə dünyaya gələn ağ rəngli quş, ümumilikdə 44 il 72 gün ömür sürüb. Bu göstərici göyərçinlərin orta yaşama müddətindən (təxminən 20 il) iki dəfədən də çoxdur. "Şuqar" qəfəsdə yaşayan ən uzunömürlü göyərçin statusu ilə adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Quşun sahibi, 77 yaşlı Dueyn Orender onunla çox yaxın dost olduqlarını bildirib. Onlar birlikdə musiqi dinləyib, televiziya izləyiblər. Sahibi evdə olmayanda göyərçinin yemək yemədiyi və qəfəsin küncünə qısılaraq onun yolunu gözlədiyi qeyd olunur.
Orender quşun 50 illik yubileyini təntənəli şəkildə qeyd etməyi ümid etsə də, rekordçu göyərçin Pasxa bayramı günündə tələf olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSüni intellekt dünyasında ŞOK: "ChatGPT"nin taleyi apreldə həll olunacaq
"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.
DünyaMelaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
Dünyaİranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
Dünya"YouTube"da yeni funksiya
"Google" istifadəçilərə "YouTube Shorts" üçün süni intellekt əsaslı rəqəmsal avatarlar yaratmağa imkan verən yeni funksiya təqdim edib.