Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM
İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM
Siyasət

İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM

25 mart 2026
18:36
2 baxış
Paylaş:

Türkiyə, Misir və Pakistanın hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış etməsi müzakirə mövzusudur. Beynəlxalq kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, sözügedən ölkələr tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə tərəflərə mesajlar ötürülüb. Bəs bu nə dərəcədə realdır və bu üç ölkəni vasitəçiliyi müharibəyə son qoymaq üçün yetərlidirmi?

Türkiyə, Misir və Pakistanın hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış etməsi müzakirə mövzusudur. Beynəlxalq kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, sözügedən ölkələr tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə tərəflərə mesajlar ötürülüb. Bəs bu nə dərəcədə realdır və bu üç ölkəni vasitəçiliyi müharibəyə son qoymaq üçün yetərlidirmi?

Mövzu ilə bağlı Gundem.today-a danışan türkiyəli ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, belə münaqişə şəraitlərində vasitəçilik bir növ sığorta rolu oynayır:

"Bu cür xəbərlərin yayılması pərdə arxasında diplomatiyanın davam etdiyini göstərir. Əlbəttə, bu məsələdə ABŞ danışıqların getdiyini bildirir, İran isə bunu inkar edir. Bu baxımdan, əgər belə təmaslar baş tutursa, gizli şəkildə aparılır, lakin, ümumiyyətlə, belə danışıqların olmaması üçün də ciddi bir səbəb yoxdur".

"Bunun səbəbi isə ondan ibarətdir ki, Türkiyə, Pakistan və Misir həm İslam dünyası, həm də Yaxın Şərq üçün körpü rolunu oynayan, etimad mexanizmi formalaşdıran ölkələrdir. Bu üç ölkə eyni zamanda ABŞ ilə də hərbi və siyasi əlaqələrə malikdir və bu ölkə ilə ünsiyyət qura bilirlər. Buna görə də, əgər hər hansı bir vasitəçilik təşəbbüsü həyata keçiriləcəksə, ən uyğun ölkələr də məhz bunlardır", - deyə general vurğulayıb.

Onun sözlərinə görə, artıq ilk gündən etibarən arxa planda diplomatik fəaliyyətlərin davam etdiyi məlumdur:

"Bu müharibə uzunmüddətli və davamlı deyil. Bununla belə, Türkiyə, Misir və Pakistanın yüz faiz vasitəçilik apardığı və ya danışıqların başlamaq üzrə olduğu barədə hələlik konkret bir sübut yoxdur. Daha çox bu mövzu ABŞ mediasında işıqlandırılıb. Məsələyə bu prizmadan yanaşdıqda, müharibənin tezliklə başa çatması və sülhün bərqərar olması üçün müəyyən ümidlər yaranır. Dünyada vasitəçilik missiyasını üzərinə götürə biləcək ölkələrin mövcudluğu vacibdir və hər iki tərəflə dialoq qura bilən bu üç ölkənin seçilməsi sülh üçün ümidverici bir addım kimi qiymətləndirilə bilər".

Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan marşalı Aamir Məsud da Gundem.today-a açıqlamasında sözügedən ölkələrin regionda sülhün bərqərar olmasına töhfə vermək istədiyini deyib:

"Çünki müharibə birbaşa onların qonşuluğunda gedir və bu vəziyyət iqtisadi baxımdan da regiondakı bütün ölkələr üçün ciddi itkilərə səbəb olur. Eyni zamanda, münaqişənin daha geniş ərazilərə yayılma riski də var. Buna görə də regiondakı, demək olar ki, bütün ölkələr sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə vasitəçilik etməyə çalışırlar. Türkiyə, Misir və Pakistan isə böyük, güclü və İslam dünyasında mühüm mövqeyə malik ölkələr kimi bu prosesdə xüsusilə müsbət rol oynaya bilərlər və həqiqətən də bu istiqamətdə müəyyən addımlar atırlar".

"Lakin buna baxmayaraq, əsas sual ondan ibarətdir ki, mümkün sülh razılaşmasının şərtləri necə olacaq və bu prosesdə İranın mövqeyi nədir? İranın ABŞ və ya İsraillə hər hansı bir sülh razılaşmasına nə dərəcədə hazır olduğu hələ də açıq sual olaraq qalır. Xüsusilə də əvvəllər Omanda davam edən sülh danışıqları hücumlar başladıqdan sonra dayanmışdı. Həmin hücumların səbəbi və nəticələri də mühüm əhəmiyyət kəsb edir. Çünki bu prosesdə çoxlu sayda günahsız insan, o cümlədən uşaqlar həyatını itirib. Bu baxımdan, hazırda vəziyyət böyük ölçüdə İranın qərarlarından asılıdır. Şübhəsiz ki, İran rəhbərliyi də müəyyən mərhələdən sonra sülhə nail olmaq və davam edən bu çətin vəziyyətdən çıxmaq istəyəcək", - deyə marşal vurğulayıb.

O, əsas məsələnin ABŞ və İsrail üçün hansı şərtlərin qəbul edilə bilən olacağı və onların bu prosesə necə reaksiya verəcəyinin olduğu qənaətindədir:

"Nəticə etibarilə, bu ölkələrin hamısı sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Əgər vasitəçilik səyləri uğurlu olarsa, bu, təkcə region üçün deyil, ayrı-ayrı ölkələr və ümumilikdə qlobal iqtisadiyyat üçün də müsbət nəticələr verəcək. Buna görə də ABŞ ilə İran arasında vasitəçilik edərək sülhün əldə olunması olduqca vacib və arzuolunandır".

Misirli siyasi analitik, beynəlxalq münasibətlər üzrə ekspert Məhəmməd Tharvat isə Gundem.today-a açıqlamasında müharibənin ilk həftəsindən etibarən Misirin xarici işlər naziri Bədr Abdel-Ati ilə onun türkiyəli həmkarı Hakan Fidan arasında atəşkəsin əldə olunması və diplomatik həll yoluna qayıdış məqsədilə təmaslar davam etdiyini deyib:

"Pakistan, həmçinin mümkün görüşlərə ev sahibliyi etməyi təklif edib. Danışıqlar iki istiqamətdə aparılır, təhlükəsizlik təmasları və diplomatik kanallar vasitəsilə atəşkəs məsələsinin müzakirəsi. Donald Trampın iddia etdiyi kimi birbaşa danışıqlar mövcud deyil. Lakin İranın Hörmüz boğazını açması və ya müharibədən sonrakı təminatlarla bağlı şərtləri Misir və Türkiyə vasitəsilə qarşı tərəfə çatdırılır.

ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafa İranla aparılan hazırkı danışıqlar mərhələsini əhatə edən beşgünlük müvəqqəti toxunulmazlıq verib. Təmaslar çərçivəsində Misirin xarici işlər naziri Bədr Abdel-Ati ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Mas

Oxşar Xəbərlər

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOSiyasət

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.

Dünən
18:480
"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şilləSiyasət

"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə

Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.

Dünən
18:420
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOSiyasət

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Dünən
17:390
BMT-dən Fransaya XƏBƏRDARLIQSiyasət

BMT-dən Fransaya XƏBƏRDARLIQ

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

Dünən
17:160