
İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO
İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib.
İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallıq Nazirlər Kabineti rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
Pontifik baş naziri Madriddəki Apostol Nuntsiaturunda qəbul edib. Görüş zamanı Sançes Roma Papasına 13 yaşlı ispan bonsai zeytun ağacını bağışlayıb.
Bu bitki ənənə və innovasiyalar, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında ideal tarazlığı təmsil edir.
"Zeytun ağacı sülhün, dialoqun və anlayışın - İspaniya və Vatikanın ortaq dəyərlərinin universal simvoludur", - deyə mətbuat xidmətindən bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
İran hakimiyyəti ölkənin hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
DünyaBƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviasiya xidməti ölkənin hava məkanında tətbiq olunan məhdudiyyətlərin müddətini iyunun 23-dək uzadıb.
DünyaXameneinin harada dəfn olunacağı açıqlandı - FOTO
İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
DünyaStarmerdən "Apple" və "Google" şirkətlərinə tələb
Böyük Britaniyanın Baş naziri Kir Starmer "Apple" və ya "Google" kimi texnoloji şirkətləri uşaqların pornoqrafiyaya və ya çılpaq insan fotolarına baxış imkanlarını məhdudlaşdırmağa çağırıb, əks halda sanksiyalarla hədələyib. O bu barədə Londonda keçirilən konfransda çıxış edərkən bildirib.