
İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb
İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.
İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.
Gundem.today xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley SAXAL" radiostansiyası məlumat yayıb.
Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat "Kiriya" kompleksi yaxınlığındakı parkinqə düşərək partlayıb və əraziyə ziyan dəyib. Xəsarət alan olmayıb. Hərbi obyektlərə zərər dəyməyib.
Qeyd edək ki, bu gün Təl-Əviv və İsrailin mərkəzi hissəsi bir neçə dəfə raket hücumuna məruz qalıb. Şəhərdə hava həyəcan siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. Hüquq-mühafizə və hərbi qurumlar raket qalıqlarının düşdüyü ərazilərə cəlb edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
Çin şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda ABŞ ordusunun silahları və hərəkətləri barədə məlumatların satışını təklif etməyə başlayıblar.
DünyaTramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEO
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Tehrana endirilən yeni zərbələrin videosunu paylaşıb və İranın hərbi rəhbərliyinin məhv edildiyini iddia edib.
DünyaƏraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"
İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.
DünyaKİV: İtaliyanın hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb
Yaxın Şərqdəki münaqişə səbəbindən İtaliyanın dörd hava limanında aviasiya yanacağına qənaət tədbirləri görülməyə başlanıb.