
İsrail Müdafiə Qüvvələri İran vətəndaşlarına qatarla səyahət etməməklə bağlı xəbərdarlıq ünvanlayıb
İsrail ordusu (SAXAL) İran əhalisinə mühüm və təcili xəbərdarlıq ünvanlayıb.
İsrail ordusu (SAXAL) İran əhalisinə mühüm və təcili xəbərdarlıq ünvanlayıb.
Gundem.today xəbər verir ki, "X" sosial platformasında yayımlanan bəyanatda İsrail hərbçiləri İran vətəndaşlarından dəmir yolu vasitəsilə səfər etməməyi tələb ediblər.
"Xahiş olunur ki, hazırkı vaxtdan etibarən İran vaxtı ilə saat 21:00-dək (Bakı vaxtı ilə saat 21:30) ölkə daxilində qatarlara minməkdən imtina edəsiniz", - deyə müraciətdə bildirilir.
İsrail Müdafiə Qüvvələri dəmir yolu xətləri ətrafında və qatarların daxilində olmağın insan həyatı üçün ciddi risk daşıdığını diqqətə çatdırıb.
Əlavə olunub ki, bu çağırış İran ərazisindəki bütün dəmir yolu müştərilərinə və qatar sərnişinlərinə şamil edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib
Yer kürəsinin əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib.
DünyaNetanyahu İsrailin İrandakı dəmir yollarına və körpülərə hücumlarını təsdiqlədi
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin İranda körpülərə və dəmir yollarına zərbələr endirdiyini təsdiqləyib.
DünyaVens: "Vaşinqton Kiyevin ABŞ və Macarıstandakı seçkilərə müdaxilə cəhdlərindən xəbərdardır"
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
DünyaƏrdoğan İsrailin İstanbuldakı konsulluğuna hücumdan danışdı: "Xain təxribat cəhdidir" - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İstanbulda yerləşən Baş Konsulluğuna qarşı həyata keçirilən hücumu sərt şəkildə qınayaraq, baş verənləri çirkin təxribat adlandırıb.