
İsveç yeni xarici kəşfiyyat xidməti yaradır
İsveç birbaşa hökumətə tabe olacaq yeni xarici kəşfiyyat xidməti yaradacaq.
İsveç birbaşa hökumətə tabe olacaq yeni xarici kəşfiyyat xidməti yaradacaq.
Gundem.today xəbər verir ki, "Reuters" agentliyinə bu məlumatı İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard açıqlayıb.
"Məlum olduğu kimi, təhlükəsizlik sahəsində ciddi vəziyyətlə üz-üzəyik. Hər gün rastlaşdığımız geniş və mürəkkəb təhdidlər imkanlarımıza qarşı yeni və daha yüksək tələblər irəli sürür", - deyə nazir qeyd edib.
Plana əsasən, UND (Utrikesunderrättelsetjänsten) adlandırılan bu qurumun 2027-ci ilin əvvəlində fəaliyyətə başlaması nəzərdə tutulur. Xidmətin yaradılması üçün təxminən 302 milyon dollar vəsait ayrılıb.
UND mövcud kəşfiyyat orqanları ilə birgə fəaliyyət göstərəcək. Buraya, xüsusilə, ölkənin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MUST - Militära underrättelse- och säkerhetstjänsten), polisin tərkibində fəaliyyət göstərən İsveç Təhlükəsizlik Xidməti (SAPO - Säkerhetspolisen) və radiokəşfiyyata cavabdeh olan Müdafiə Nazirliyinin Milli Radiostansiya İdarəsi (FRA - Försvarets radioanstalt) daxildir.
Mariya Malmer Stenerqard vurğulayıb ki, yeni kəşfiyyat xidmətinin yaradılması NATO-nun və Stokholmun digər müttəfiqlərinin kəşfiyyat strukturları ilə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə töhfə verəcək.
Qeyd edək ki, İsveç Finlandiya ilə birlikdə 2024-cü ilin may ayında rəsmi olaraq NATO-ya daxil olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMəsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?
"İran Prezidenti Məsud Pezeşkian və ölkənin Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər mövcud deyil".
DünyaEkspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"
Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur.
DünyaRəsmi Tehran: "Hücum olarsa, cavab sarsıdıcı olacaq"
Son günlərdə İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.
Dünyaİran Hörmüz boğazından keçid üçün yeni mexanizm tətbiq edib
İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.