Son dəqiqə
Sumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldular - VİDEO"Real"da böhran: Mbappe Vinisiusun satışını istəyir, əks halda...Bakıda bəzi ərazilərdə işıq olmayacaqFərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"İran Prezidenti Vaşinqtona cavab verdi: "Mümkün deyil"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir
Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir
Siyasət

Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir

Bu gün
22:54
0 baxış
Paylaş:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Son dövrlər Avropa Parlamentinin Azərbaycan əleyhinə təşəbbüsləri diqqətdən yayınmır. Müxtəlif siyasi platformalarda Bakı ilə münasibətlərə xələl gətirmək cəhdləri, o cümlədən Okamponun rəsmi Bakıya qarşı fəaliyyəti bu kontekstdə xüsusi yer tutur. Lakin bu cəhdlər real siyasi proseslər fonunda effekt vermir.

Çünki paralel olaraq, Aİ-nin icraedici qanadı, xüsusilə, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər sabit və davamlı xətt üzrə inkişaf edir. Bu isə onu göstərir ki, siyasi ritorika ilə praktik əməkdaşlıq arasında ciddi fərq mövcuddur və tərəflər strateji maraqları üstün tuturlar.

"Avropa Siyasi Birliyi" Zirvəsindən sonra Kallasın Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə davam etdiyinin məntiqi davamıdır. Qeyd edilməlidir ki, o, bundan əvvəl də Bakıya səfər edib və müxtəlif beynəlxalq platformalarda İlham Əliyev ilə görüşlər keçirib.

Bu gün Aİ-Azərbaycan münasibətlərinin əsasını siyasi dialoq təşkil edir. Xüsusilə tərəflər arasında imzalanmış sənədlər və birgə bəyanatlar münasibətlərin artıq taktiki deyil, strateji xarakter daşıdığını açıq şəkildə ortaya qoyur.

Hazırda əməkdaşlıq üç əsas institusional mexanizm üzərində qurulub:

- nəqliyyat dialoqu

- enerji təhlükəsizliyi dialoqu

- təhlükəsizlik dialoqu

Bu mexanizmlər tərəflər arasında münasibətlərin sistemli və uzunmüddətli əsaslarla inkişaf etdiyini göstərir.

Avropanın enerji xəritəsi son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Bu fonda Azərbaycanın rolu daha da ön plana çıxır. Rəsmi Bakı artıq Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi qəbul edilir və bu, Aİ rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb.

Bu gün Azərbaycan qazı 10 Avropa ölkəsinə ixrac olunur. Xəzər regionunda baş verən proseslər və alternativ enerji mənbələrinə artan tələbat fonunda bu əməkdaşlıq daha da strateji əhəmiyyət qazanır. Son olaraq Avstriya və Almaniya kimi ölkələrin də enerji təchizatı məsələsində Azərbaycana müraciət etməsi bu reallığın bariz göstəricisidir.

Azərbaycan yalnız enerji deyil, həm də nəqliyyat və logistika baxımından Avropa üçün vacib tərəfdaşdır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, o cümlədən TRİPP təşəbbüsü regionun yeni iqtisadi xəritəsini formalaşdırır.

Bu layihələr Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz nəqliyyat dəhlizlərinin yaradılmasına xidmət edir. Aİ tərəfindən təşəbbüslərin müsbət qiymətləndirilməsi Azərbaycanın geoiqtisadi rolunun artdığını göstərir.

Həmçinin Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycan sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" sammitindəki çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır və bir çox ekspertlər tərəfindən tarixi çıxış kimi dəyərləndirilir.

Bu konteksdə regionda iqtisadi əlaqələrin tədricən bərpası da diqqət çəkir. Ermənistan ilə iqtisadi münasibətlərin formalaşması qarşılıqlı maraqlar üzərində qurulur və bu proses regional sabitliyə töhfə verir.

Eyni zamanda, Azərbaycan enerji sahəsində region ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış etməyə davam edir. Yaxın Şərqdə baş verən proseslər fonunda Ermənistanın enerji qıtlığı ilə üzləşməsi ehtimalı mövcud idi. Lakin Azərbaycanın iştirakı və regional enerji balansına verdiyi töhfə nəticəsində bu risk minimuma endirilib və ölkədə enerji qiymətlərinin sabit qalması təmin olunub.

Yekun olaraq, Kaya Kallasın Bakıya səfəri göstərdi ki, bütün siyasi təzyiq və əsassız informasiya kampaniyalarına baxmayaraq, Aİ-Azərbaycan münasibətləri real maraqlar və qarşılıqlı ehtiyaclar üzərində qurulub. Enerji, nəqliyyat və təhlükəsizlik kimi fundamental sahələrdə əməkdaşlıq tərəfləri bir-birinə daha da yaxınlaşdırır.

Bu reallıq isə onu deməyə əsas verir ki, Brüsseldə bəzi dairələrin səylərinə baxmayaraq, Bakı ilə Avropa arasında qurulan strateji körpü artıq möhkəm təməllər üzərində dayanır və yaxın perspektivdə daha da güclənəcək.

Aqil Vəlili

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Kaya_Kallas#Almaniya#Avropa_İttifaqı_(Aİ)#Ermənistan#Avropa_Parlamenti#Cənubi_Qafqaz#Tramp_marşrutu_-_TRIPP

Oxşar Xəbərlər

Fərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"Siyasət

Fərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"

"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və sülhə aparan addımların ardıcıllığı razılaşdırılıb".

Bu gün
23:420
Avropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırSiyasət

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

Bu gün
21:280
Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Siyasət

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Bu gün
20:480
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEOSiyasət

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu gün
20:360