
İsveçdən miqrantlara qarşı SƏRT QƏRAR
İsveç dövləti sığınacaq tələb edən şəxslər üçün daimi yaşayış hüququnu ləğv etmək niyyətindədir.
İsveç dövləti sığınacaq tələb edən şəxslər üçün daimi yaşayış hüququnu ləğv etmək niyyətindədir.
Gundem.today-ın məlumatına görə, bu barədə TASS agentliyi xəbər paylaşıb.
Məlumata əsasən, hökumət nümayəndəliyi rəsmi açıqlamasında qeyd edib ki, bundan sonra miqrantlara yalnız müvəqqəti yaşayış icazələri veriləcək.
Yeni qanun layihəsi artıq aidiyyəti qurumlara göndərilib. Rəsmi bəyanatda vurğulanır ki, əsas hədəf sığınacaq məqsədli miqrasiyanı stabil səviyyəyə salmaq, cəmiyyətə inteqrasiya prosesini asanlaşdırmaq və sosial təcrid hallarının qarşısını almaqdır.
İndiki dövrdə müvəqqəti yaşayış icazəsi, sadəcə, müdafiəyə ehtiyacı olan şəxslərə təqdim edilir. Lakin müəyyən zaman keçdikdən sonra bəzi miqrantlar - məsələn, ağır vəziyyətdə olanlar və ya məhkəmə qərarlarının icrasına əngəl olan səbəblərə görə ölkədən çıxarıla bilməyən müvəqqəti icazə sahibləri daimi yaşayış hüququ qazana bilirlər.
Hazırlanmış qanun layihəsinin 12 iyul 2026-cı il tarixində qüvvəyə minəcəyi proqnozlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyanın ən məşhur hərbçisi həbs olundu
Avstraliyanın ən tanınmış və yüksək mükafatlara layiq görülmüş hərbçilərindən sayılan, "Viktoriya Xaçı" sahibi Ben Roberts-Smit yerli polis tərəfindən saxlanılıb.
Dünyaİran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbələr endirdiyini iddia edib.
DünyaTrampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?
ABŞ Prezidenti Donald Trampa qarşı sosial şəbəkələrdə təhdid mesajı yazan ölkə vətəndaşı həbs edilib.
DünyaABŞ və İsrail İranda Xarq adasına və dəmiryol xətlərinə zərbələr endiriblər - FOTO - VİDEO
İranın əsas neft terminallarının yerləşdiyi Xarq adası ABŞ və İsrail tərəfindən hava hücumları seriyasına məruz qalıb.