
İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək
İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.
İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.
Gundem.today xəbər verir ki, bu barədə İsveçin SVT ictimai yayımçısı məlumat yayıb.
Məlumata görə, buraxılış bazar günü Kaliforniya ştatındakı Vandenberq aviabazasından "SpaceX" şirkəti tərəfindən həyata keçirilib. Proses təxminən 10 dəqiqə davam edib. Peykin müəyyən olunmuş orbitə təxminən bir aydan sonra çatacağı gözlənilir.
İsveç Kosmik Qüvvələrinin rəisi Anders Sundeman bildirib ki, hazırda ölkə ordusu peyk görüntülərini müttəfiqlərdən və ya kommersiya peyklərindən əldə edir. O, yaxın iki il ərzində İsveçin orbitdə 10-a yaxın şəxsi hərbi peykinin olacağını vurğulayıb.
SVT-nin məlumatına görə, İsveç peykləri Rusiya ərazisindəki potensial hərbi hədəflərin xəritələnməsi, eləcə də qoşunların hərəkəti ilə bağlı təhdidlərin erkən aşkar edilməsi üçün istifadə olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaXameneinin müşavirindən ABŞ-yə TƏHDİD
İran ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ni aviadaşıyıcıları olan yeganə dəniz qulduru adlandırıb və bildirib ki, Tehran ABŞ gəmilərini və hərbçilərini məhv etmək gücündədir.
DünyaFransada qanunsuz gecə şənliyində mərmi tapıldı
Fransanın Şer departamenti ərazisində mayın 1-dən etibarən davam edən qeyri-qanuni gecə şənliyinin keçirildiyi hərbi poliqon yaxınlığında mərmi aşkar edilib.
DünyaAmerikalı hərbçilər Mərakeşdə itkin düşüblər
"African Lion 2026" təlimlərində iştirak edən ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Mərakeşdə itkin düşüb.
Dünyaİngiltərədə evdə şübhəli partlayışda iki nəfər həyatını itirib
İngiltərənin cənub-qərbində yerləşən Bristol şəhərində evdə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub.