
Xameneinin müşavirindən ABŞ-yə TƏHDİD
İran ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ni aviadaşıyıcıları olan yeganə dəniz qulduru adlandırıb və bildirib ki, Tehran ABŞ gəmilərini və hərbçilərini məhv etmək gücündədir.
İran ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ni aviadaşıyıcıları olan yeganə dəniz qulduru adlandırıb və bildirib ki, Tehran ABŞ gəmilərini və hərbçilərini məhv etmək gücündədir.
Gundem.today xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Quldurlarla mübarizə qabiliyyətimiz döyüş gəmilərini batırmaq gücümüzdən geri qalmır. Gəmilərinizin və qüvvələrinizin İsfahanda qalan təyyarə qalıqları kimi qəbiristanlığa düşəcəyinə hazır olun", - qeyd edib.
Qeyd edək ki, mayın 2-də ABŞ Prezidenti Donald Tramp İran neftini daşıyan tankerlərin ələ keçirilməsi zamanı ABŞ hərbçilərinin "pirat kimi davrandığını" etiraf edib.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-nin "Majestic" və "Tifani" adlı iki İran ticarət gəmisini ələ keçirərək 3.8 milyon barel nefti müsadirə etdiyini bildirib. Tehran bu addımı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir və cavab vermək hüququnu özündə saxladığını vurğulayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran yaxınlığında yük gəmisi hücuma məruz qalıb
İran sahilləri yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb.
DünyaFransada qanunsuz gecə şənliyində mərmi tapıldı
Fransanın Şer departamenti ərazisində mayın 1-dən etibarən davam edən qeyri-qanuni gecə şənliyinin keçirildiyi hərbi poliqon yaxınlığında mərmi aşkar edilib.
DünyaAmerikalı hərbçilər Mərakeşdə itkin düşüblər
"African Lion 2026" təlimlərində iştirak edən ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Mərakeşdə itkin düşüb.
Dünyaİsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək
İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.